«Silah daşınmasın...»
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: «Azərbaycanın şərti var ki, …»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
Ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Virtualaz.org «Nezavisimaya qazeta»ya istinadən bildirir ki, danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya «respublikaları» arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu olub.
Həmin danışıqlar ərəfəsində qondarma Cənubi Osetiya «respublikasının» rəhbəri Anatoli Bibilov Moskvaya səfər edib, Putin ona «müstəqilliyin möhkəmləndirilməsi üçün» bütün lazım dəstəyi verəcəyini bildirib. Bu da rəsmi Tiflisin etirazına səbəb olub. Abaşidze Praqaya uçarkən deyib ki, Bibilovun səfərinə görə Karasinə etiraz bildirəcək.
Neytral ölkə kimi İsveçrənin SGS şirkətinin qondarma respublikalardan keçməklə Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrinin nizamlanmasında iştirakı isə hələ 2011-ci ildə Dünya Ticarət Təşkilatının tövsiyəsi ilə əldə edilmiş razılaşmaya əsaslanırdı. Lakin həmin vaxtdan bəri tərəflər razılaşmanın detalları üzərində razılıq əldə edə bilməyiblər. SGS şirkətinin nümayəndələri gömrük monitorinqi üçün regionda dörd post yaratmalıdır: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya sərhədlərində, habelə Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində.
İqtisadi məsələlər üzrə ekspert Giya Xuxaşvili deyir ki, SGS şirkəti indiyə qədər regionda siyasi anlaşılmazlıqlara görə işə başlamayıblar. Çünki bu şirkətin işə başlaması Abxaziya və Cənubi Osetiyadan yükdaşımaların bərpası deməkdir. Tiflis isə ictimai reaksiyadan ehtiyat edir.
Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyadan keçən kommunikasiyaların açılmasında ən çox maraqlı olan tərəf Ermənistandır. Çünki Gürcüstanın özünün bütün istiqamətlərdə həm dəmir, həm quru yolları ilə çıxışı var. Ermənistanın isə dünyaya çıxışı az əhəmiyyət kəsb edən İran marşrutunu saymasaq ancaq Gürcüstan üzərindəndir. Bu, Ermənistan üçün «həyat yoludur».
«Gürcüstan Ermənistan qarşısında tranzit öhdəliklərini dəqiq yerinə yetirir, heç bir problem yaratmır. Lakin yüklərin dəniz yolu ilə daşınması baha başa gəlir. Ermənistan istəyir ki, Abxaziyadan keçən dəmir yolu açılsın. Gürcüstanın isə Azərbaycan qarşısında öz öhdəlikləri var. Ona görə də əgər Abxaziyadan keçən dəmir yolu açılarsa müəyyən etmək lazımdır ki, bu yolla hərbi yüklər daşınacaqmı? Gürcüstan birmənalı şəkildə qeyd etməlidir ki, bu dəhlizlə hərbi təyinatlı yüklər daşınmayacaq», - Xuxaşvili deyib.
Qeyd edək ki, Abxaziya dəmir yolunun açılması üçün Rusiya vaxtaşırı olaraq Gürcüstana təzyiqlər edir. Azərbaycan üçün isə bu dəhlizin açılması qəbuledilməzdir, Bakının siyasəti Ermənistanı nəqliyyat blokadası vəziyyətində saxlamaqdır. Bu məsələdə Gürcüstanın «Gürcü arzusu» koalisiyası Azərbaycanın maraqlarını nəzərə almaya bilməz.