Putin üçün böyük şok
«AST Telman« siyasi sığınacaq əvəzində kompromat təklif etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
-
Ermənistan kritik həftəyə girdi
Müharibənin “fitil”i çəkilə bilər
-
“Lavrov gedir, Qarabağ qayıdır...”
Kremlin ilginc ssenarisi işə düşür
-
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
-
«Atəşkəsə əməl edəcəksən!»
Putin Əsədə əmr verdi
-
«Soyuq müharibə» qapıda
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
-
Rusların hərbi əzələsi
Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?
-
ABŞ-ın uğursuz «ərəb ssenariləri»
... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..
-
Putin qoşunların Suriyadan çıxarılmasına əmr verdi
«Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...»
-
Putin Əsəddə israr etmir
Rusiya qoşunlarının Suriyadan niyə tələsik çıxarmaq tapşırılıb...?
-
«O, xəstə küçükdür»
Trampdan ağır təhqirinə Moskva reaksiya verdi
Bir neçə nəfərin qətlində şübhəli bilinən və haqqında qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib. Minval.az «Mash« teleqram-kanalına istinadən xəbər verir ki, iş adamı təhlükəsizliyi müqabilində Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbərləri haqda kompromat materiallar təqdim etməyi vəd edib.
Biznesmenin əvvəl axtarışda olan qardaşı Rafiq İsmayılovla birgə Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşdığı deyilirdi. Bildirilirdi ki, iş adamı Antibada özünə məxsus villada yaşayır. Məlumata görə, İsmayılovun qaldığı villanın dəyəri 25 milyon avrodan çoxdur. Amma qeyd edilirdi ki, İsmayılovun villası Almaniyanın «Deuche bank«nın girovluğundadır. «Mash« isə T.İsmayılovun Provansedə məskunlaşmaq istədiyini xəbər verib.
T.İsmayilov bir gün öncə yayılmış müraciəti də göstərirdi ki, iş adamı təslim olmaq fikrində deyil, əksinə ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcək.
Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: «9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam… O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi «YouTube«da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var – nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəsi barmağını yuxarı göstərir. Deməli söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq«.
T.İsmayılov barəsində qiyabi həbs qərarını oktyabrın 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.
Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti olan qardaşı, hazırda onunla birgə Fransaya sığınan Vaqif İsmayılov barəsində də eyni qərar çıxarılıb. Qeyd olunur ki, V.İsmayılov 2016-cı ilin payızında istintaqdan yayınır. Ona qarşı ittihamlar 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin istintaqa ifadəsindən sonra ciddiləşib. Qavryuşin İsmayılov qardaşlarına «kölgələri« qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.
Yada salaq ki, İsmayılov qardaşlarından biri Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlananaraq həbs edilib. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
Vaxtilə Rusiyanın biznes və siyasi elitasında tanınmış simalar olar İsmayılov qardaşları əlbəttə ki, ölkənin hüquq sistemində baş verənlərdən xəbərdar olublar. Ehtimal etmək olar ki, bu kompromatlar da məhz «qara gün« üçün saxlanılıbmış ki, indi onları üzə çıxarmağı vaxtıdır. Əgər deyilənlər təsdiq edilərsə, bu seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşan Vladimir Putin üçün də xoşagəlməz sürpriz olacaq. Çünki vəd edilən kompromatlardakı adamlar onun komandasının əsas sütunlardır.