vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:49 | 1 mart 2018 | Cümə axşamı Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Geosiyasi koalisiya qurmaq üçün nə lazımdır?

Odla su arasında qalmaq «alternativlər» axtarışı zərurəti yaranır

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsanlarımızın daim Azərbaycanın da daxil ola biləcəyi yeni-yeni geosiyasi koalisiyalar axtarışında olması başadüşüləndir - hamı çalışır ki, bu mütəhərrik və qeyri-stabil dünyada ölkə təhlükəsizliyi üçün əlavə təminatlar tapsın.

Amma hər yeni geosiyasi format özünü şərtləndirən amillər tələb edir və burada bir çox faktorları nəzərə almaq lazım gəlir.

Təbii ki, ən tez qurulan və ilk ağla gələn regional formatlar olur. Xüsusən dünyanın güc mərkəzlərindən birilə qonşu olan ölkələrin belə regional arxitekturalardan birinə cəlb olunması daha ehtimallı olur və bu baxımdan Azərbaycanın yaşadığı problemlərdən biri də Rusiya ilə qonşu olması və daim onun çeşidli geosiyasi layihələrinə münasibət bildirmək zorunda qalmasıdır.

Ona görə «problem» deyirik ki, bir az qəribə olsa da, bu geosiyasi arxitektura Azərbaycan üçün cəlbedici olmaqdan daha çox təhdidedicidir və təsadüfi deyil, hələki ölkə nə onun hərbi, nə də geoiqtisadi strukturlarında təmsil olunmayıbdır və reallıq kimi daha çox Moskva ilə ikitərəfli münasibətlərə can atır, nəinki Kremlin çoxtərəfli konfiqurasiyalarına. Elə Azərbaycanı daim tarazlaşdırıcı alternativ geosiyasi formatlar axtarmağa sövq edən ən birinci səbəb də Rusiya ilə qonşuluğudur.

Əslində zaman özü Rusiyanın geosiyasi arxitekturasının alternativini ortaya qoymuşdu - bu, Avropa və onun təhlükəsizlik və iqtisadi strukturlarıdır və heç təsadüfi deyil, bir neçə keçmiş sovet respublikası dərhal həmin strukturlara inteqrasiya olundu. Daha üç ölkə isə - Ukrayna, Gürcüstan və Moldova isə bu istiqamətdə hələ səylər göstərməkdədir.

Azərbaycan bir qədər fərqli istiqamət götürdü, o, Rusiyanın geosiyasi iddialarına sayğısını Avropa ilə məsafə saxlamaqla nümayiş etdirmək yolunu tutdu - yəni, KTMT-nın və Avrasiya İttifaqının üzvü olmadıq, di gəl, Rusiyanın maraqlarını nəzərə alıb Avropadan da uzaq durduq...

Zaman bu siyasətin nə dərəcədə doğru olub-olmadığını göstərəcək, ən əsası isə budur ki, bizim Avropa siyasətimizin incəliklərinə tək geosiyasi məqamlar təsir etmədi, burada bir çox başqa məqamlar da oldu və həmin məqamlar haqqında vaxtaşırı yazmışıq.

İndi maraqlı vəziyyət yaranıb: Rusiyanın müxtəlif çeşidli geosiyasi və geoiqtisadi layihələrinə «hə» deyə bilmirik, çünki bundan dövlət olaraq itirə bilərik. Avropaya da yaxın getmirik ki, çünki buna görə Rusiyadan qorxuruq və həm də bir hakimiyyət olaraq itirəcəyimizdən ehtiyat edirik ki, bu, heç də bizim üçün digər amillərdən az önəm kəsb etmir...

Təbii ki, belə vəziyyətdə «alternativlər» axtarışı zərurəti yaranır. Nəzərlər islam dünyasına, Asiyaya yönəlir. Amma burada bir neçə ciddi nüans var.

Əvvəldə dedik ki, hər geosiyasi format çoxfaktorlu prosesdir. Bunun üçün bir neçə vacib şərt lazımdır.

Birincisi, həqiqətən də ciddi ortaq maraqlar olmalıdır. İkincisi, yeni formatın nə az, nə çox, geosiyasi və geoiqtisadi məntiqi olmalıdır - hər  ölkə çox aydın şəkildə təsəvvür etməlidir ki, niyə digər formatı, digər ölkələri yox, məhz bu formatı seçir? Üçüncüsü, bunun üçün zəruri resurslar, ən birincisi də hərbi, iqtisadi-texnoloji faktorlar, təbii resurslar və hətta demoqrafik amillər təmin olunmalıdır.

Bəlkə bundan əlavə də hansısa başqa amillər sadalamaq mümkündür, amma hələ siyasi gücün əsas şərtləri kimi hərb, təbii resurs, texnologiya və inkişaf etmiş iqtisadiyyat və bir də demoqrafiq göstəricilər götürülür. İslam dünyasında sadalanan bu amillərdən yalnız təbii resurslar və bir də demoqrafik göstəricilər var.

Amma neft və qaz məsələsi elədir ki, bunların cəmi 70-100 illik ehtiyatlarının qaldığı bildirilir. Demoqrafiyada isə biz bəzi nəhənglərlə  rəqabəti heç ağlımıza gətirə bilmərik.

Sözsüz, bir az da geniş formatı, məsələn, Asiyanı götürmək olar. Amma gəlin unutmayaq ki, buranın özündə mürəkkəb proseslər gedir.

Artıq bir neçə il bundan əvvəl Yaponiyanın baş naziri Sindzo Abe «dördtərəfli alyans» ideyasını irəli sürüb: Asiyada mükəmməl demokratiyanın daşıyıcı olan Yaponiya, böyük demoqrafik göstəriciləri olan Hindistan və böyük ərazisi olan Avstraliya birləşir. Özü də tək üçü birləşmir, bura ABŞ-ı da cəlb edirlər!..

Göründüyü kimi, məqsəd son vaxtlarda həm də geosiyasi iddiaları yaranan Çinə qarşı dayanmaqdır. Amma sizə bir sirr açım: Çin heç vaxt ciddi geosiyasi «aktor» olmayacaq, çünki tarix boyu belə olub, daim təcavüzə meylli qonşularından fərqli olaraq o, öz səddi hüdudlarında qalmağa meyl edib.

Sadəcə, artıq avtoritar Çin də (Si Tszinpin də ömürlük prezident olmaq istəyir!) qonşularını ehtiyatlandırır - demək, Asiya özü də demokratiyanın fərqində olanlara və olmayanlara ayrılır...