14:49 | 27 aprel 2018 | Cümə
Məqaləyə 2133 dəfə baxılıb
Şriftin ölçüsü
“Formula-1”də qəza
“Red-Bull Racing” pilotu üçün evakuator çağırıldı
Bakıda “Formula 1” pilotlarının sərbəst yürüşü zamanı “Red Bull Racing” komandasının təmsilçisi Maks Ferstappen idarəetməni itirib və bolidi səddə çırpılıb.
Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.
Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.
Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.