19:47 | 15 fevral 2014 | Şənbə
Məqaləyə 1588 dəfə baxılıb
Şriftin ölçüsü
«Müdafiə xətti yaxşı oynamadı»
«Buraxdığımız qoldan sonra...»
«Qəbələ»nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində «Xəzər Lənkəran»a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib.
«İki fərqli hissə oynadıq. Birinci hissədə futbolçularım daha yaxşı çıxış etdi. İkinci hissədə buraxdığımız qoldan sonra futbolçularımın psixoloji baxımdan gərginlik keçirməsi diqqət çəkməyə başladı. Məhz ondan sonra oyunumuzu itirdik. Müdafiə xəttinin yaxşı oynamadığını demək lazımdı. Bunun nəticəsində də məğlub olduq».