vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
10:48 | 15 iyun 2018 | Cümə Məqaləyə 1639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ronaldo Ramosa qarşı

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun keçiriləcək

Rusiyada start götürən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Əvvəlcə A qrupunun Misir - Uruqvay qarşılaşması start götürəcək. Yekaterinburqda təşkil olunacaq matçı hollandiyalı Byorn Kuypers idarə edəcək. Bu görüşdə Misir yığmasının heyətində Məhəmməd Salahın çıxış edib-etməyəcəyi maraq doğurur. Çempionlar Liqasının finalında İspaniya “Real Madrid”i ilə oyunda zədələnən İngiltərə “Liverpul”unun yarımmüdafiəçisinin bugünkü oyuna hazır olduğu bildirilir. Lakin hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

Qrupun ilk oyununda Rusiya Səudiyyə Ərəbistanını darmadağın edib - 5:0.

Günün daha 2 oyunu B qrupuna təsadüf edəcək. Sankt Peterburqda Mərakeş İranla üz-üzə gələcək. Görüşü türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Günə qrupun digər qarşılaşması olan Portuqaliya - İspaniya matçı ilə yekun vurulacaq. Portuqaliya 2016-cı il Avropa, İspaniya isə 2010-cu il dünya, 2008 və 2012-ci il Avropa çempionatının qalibi olub. İspaniya bu görüşə yeni baş məşqçi ilə çıxacaq. "Real Madrid"ə baş məşqçi təyin olunduqdan sonra millidən qovulan Xulen Lopeteginin əvəzinə yığmanı meydana Fernando Yerro çıxaracaq. Matçı isə italiyalı Canluka Rokki idarə edəcək.

 

A qrupu

 

16:00. Misir - Uruqvay

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Milorad Majiç, Milovan Ristiç (hər ikisi Serbiya)

Yekaterinburq, Mərkəzi stadion

 

B qrupu

 

19:00. Mərakeş - İran

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun (hamısı Türkiyə), Sergey Karasyov, Anton Averyanov (hər ikisi Rusiya)

“Sankt-Peterburq” stadionu

 

22:00. Portuqaliya - İspaniya

Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Ryuji Sato, Toru Sqara (hər ikisi Yaponiya)

Soçi, “Fişt” stadionu.