vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
13:47 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səhvən qoyulubmuş

Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hökumətinin hüquqi informasiya portalından Xəzərin hüququ statusuna dair konvensiya layihəsi silinib “Kommersant” xəbər verir ki, sənədin ötən həftə səhvən portalda yerləşdirildiyi üzə çıxıb və tezliklə saytdan çıxarılıb. Çünki sənəd ancaq imzalanandan sonra dərc edilməliymiş.

Xəbər verdiyimiz kimi uzun illərdir aparılan danışıqların nəticəsi olaraq beş sahilyanı ölkənin razılaşdırdığı konvensiya layihəsində Azərbaycan və Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri layihəsinin yolu açılırdı. Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilərlər, ancaq bu kəmərlərin və kabel xətlərinin marşrutu həmin marşrut hansı ölkələrin dəniz sektorlarından keçəcəksə təkcə onlar tərəfindən razılaşdırılacaq. Qalan sahilyanı ölkələr isə bu barədə sadəcə olaraq məlumatlandırılacaq. Habelə boru kəmərləri və kabel xətləri çəkənlər ekoloji normalara əməl etməlidir.

Bu, Xəzərin hüquqi statusuna dair konvensiya layihəsində ən mühüm məqamdır. Çünki illərdir ABŞ və Avropa İttifaqı Transxəzər qaz kəmərinin çəkilməsi üçün çalışır, amma Rusiya dənizin dibi ilə kəmərlərin çəkilməsinə qarşı idi və türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlini öz maraqlarına təhlükə sayırdı. İndi isə belə görünür ki, Rusiya kompromisə gedib və Transxəzər qaz kəmərinin yolunu açmağa hazırdır.

Lakin səhvən sızdırılmış konvensiya layihəsində o da deyilirdi ki, Xəzər sahilində yerləşməyən ölkələrin dənizdə hərbi iştirakı mümkün deyil. Bu da NATO-nun və ABŞ-ın Xəzərə yolunu bağlamaq üçündür.