“Görməmişliyin tərcüməsi”…
… və Kamranın qəzəbi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
8-i “Qarabağ”lı, 1-i “Qəbələ”li
Bəs 9 milyonçudan neçəsi yerlidir?
-
“Yaranandan üst pillələrdə olmuşuq”
Samir Abasov: “Əsas hədəfimiz Avroliqaya qatılmaqdı”
-
Klubların “yay bazarlığı”
Kimi alıb, kimi satdılar?
-
Kamran Quliyevin pərgarlığı...
... yaxud “Neftçi” şirə çevriləcək
“Keşlə” – “Sabah” oyunu meydandan kənar olaylarla da yadda qaldı. Qonaqların kluba hələ də tərcüməçi götürməməsi jurnalistlərin işinə mane olurdu. Futbolçularla ünsiyyətdə bu problemi hiss etdik.
Əvəzində tribunadakıların az qala yarısı “Sabah” rəhbərliyi, onların dost-tanışı, qohumları idi. Qələbəni görməmişcəsinə qeyd edən bu adamların jurnalistlər əyləşən sektora buraxılması da düzgün deyildi. Müşahidə Şurası üzvlərinin selfi çəkdirməsi, qışqırıqları sevinc hisslərindən irəli gəlsə də, onlar harada olduqlarının fərqinə varmalıydılar.
“Keşlə”nin düşərgəsində isə məyusluq vardı. Əvəzində kapitan Kamran Ağayev yenə öz-özünə danışırdı. Məşqçidən narazılığını açıqca bildirən qapıçı onu qorxaqlıqda ittiham edirdi. Elə legionerlərdən də narazı idi. Son dəqiqələrdə cinahla irəliləyib cərimə meydançasına asma edən qolkiper onu qapını boş qoymaqda ittiham edən hansısa əcnəbiyə acıqlanmışdı.