vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
00:51 | 31 avqust 2018 | Cümə Məqaləyə 4355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Topla yaxşı oynadılar”

Qoran Sabliç: ““Qarabağ” buna layiq idi”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a 0:3 hesabıyla məğlub olduqları oyunu şərh edib.

Vaxt.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:

 

- “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün güclü komandaya qarşı oynadıq. Ümid edirdik ki, ən azı heç-heçə ilə növbəti mərhələyə keçərik. “Qarabağ”ın ilk qolundan sonra növbəti qollar da ardıcıl gəldi. Topla yaxşı oynadılar.

 

- Məğlubiyyətə səbəb “Qarabağ”ın güclü oyun idi, yoxsa “Şerif”in aciz oyunu?

- “Qarabağ”ın möhtəşəm oyununu qeyd etməliyəm. Nəticə oyuna görə idi. “Qarabağ” buna layiq idi. Əsas məsələ səfərdə qol vurmaq idi, lakin bunu bacarmadıq. Hücumlar qurmaqda çətinliklərlə üzləşdik.

 

- Bu gün “Qarabağ” sizi nə ilə təəccübləndirdi?

- “Qarabağ” kimi komandanı ancaq tərifləyə bilərəm. İnamlı futbol sərgiləyirlər.

 

- Sirr deyilsə, Qurban Qurbanova oyundan sonra nə dediniz?

- Onu qələbə münasibəti ilə təbrik etdim. (komanda.az)