vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
13:26 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 1965 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamentində erməni təxribatı

Boğazdan yuxarı çıxışlar, sabun köpüyü «arqumentlər» bir sualla partlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 19-da Avropa Parlamentində «Cənubi Qafqazda milli azlıqların hüquqları, barış və sülhməramlıq» başlığı altında konfrans keçirilmişdir. Konfrans avroparlamentari Ksaba Soqorun (Csaba Sógor) ev sahibliyi, Təmsil olunmamış Millətlər və Xalqlar Təşkilatının (UNPO) və Talış Milli Hərəkatının dəstəyi ilə keçirilmişdir.

Tədbirdə Cənubi Qafqazda milli azlıqların hüquqları başlığı altında və öncədən təqdim olunmamış gündəlik əsasında, iki erməni əsilli natiq olmaqla, Dağlıq Qarabağ mövzusunda 5 çıxış edilib, həmçinin Azərbaycanda milli azlıqların hüquqlarının pozulması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarında qeyri-konstruktiv mövqe göstərməsinə dair bəyanatlar səsləndirilib.

Avroparlamentari Ksaba Soqor açılış çıxışında milli azlıqların yaşadıqları ölkəyə sədaqətindən və torpaqlarına bağlılığından danışıb. UNPO baş katibi Marino Busdakin (Marino Busdachin) və UNPO proqram rəhbəri Mod VanVallegem (Maud VanWalleghem) Cənubi Qafqazda milli azlıqların yaşayış şəraiti ilə bağlı məlumat verərkən Azərbaycan haqda qərəzli mövqe nümayiş etdiriblər.

«Caucasus İnterface»in direktoru Mişel İvor (Michel İvor) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında işğal olunmuş ərazilərə 7 rayonun da daxil olduğunu, qondarma «Dağlıq Qarabağ respublikasının» yalnız ermənilər üçün nəzərdə tutulduğunu bildirib. Bu baxımdan ermənilərin işğal edilmiş ərazilərin əhalisinin süni yolla artırılması istiqamətində apardıqları siyasətdən söz açıb, qondarma respublikanın «tək millət ideologiyası» əsasında qurulduğunu da qeyd edib.

Talış Milli Hərəkatını təmsil edən Fərqiyə Kərimova və Əlikram Hümbətov qondarma «Dağlıq Qarabağ respublikası» və Ermənistanla əməkdaşlıqlarından məmnuniyyətlərini bildiriblər, Azərbaycanda milli azlıqların hüquqlarının pozulmasına dair çıxışlar ediblər.

Lyon Beynəlxalq Təhlükəsizlik və Müdafiə üzrə Araşdırma Mərkəzinin (Centre Lyonnais d'Etudes de Sécurité internationale et de la Défense) tədqiqatçısı Talin Papazian (Taline Papazian) zəbt olunmuş 7 rayonun sadəcə erməni xalqının təhlükəsizliyinin təminatı üçün zəruri buffer ərazisi olduğunu bildirib və ikitərəfli danışıqlar haqda məlumat verib.

Leuven universitetinin professoru Dirk Roxtus (Dirk Rochtus) da Dağlıq Qarabağ münaqişəsinin sözdə alternativ həll yollarını təqdim edib. 

Ümumi Erməni Könüllülər Birliyinin Avropa nümayəndəsi Nikola Tavityan (Nicolas Tavitian) Avropa İttifaqını Azərbaycana təzyiq etməməkdə və münaqişədə zəruri təsir qüvvəsinə malik olmamaqda ittiham edib. O, həmçinin Azərbaycanı ikitərəfli münasibətləri mümkünsüz etməkdə ittiham edib.

Sual-cavab sessiyasına 10 dəqiqədən az vaxt ayırmaqlarına baxmayaraq, təşkilatçılar və çıxışçılar zalda iştirak edən çoxsaylı azərbaycanlıların suallarından yayına bilməyiblər. Azərbaycanlılar təşkilatçıları Azərbaycan tərəfindən çıxışçı dəvət etməməkdə və birtərəfli konfransın təşkil olunmasında, Azərbaycan tərəfindən çıxışçının dəvət olunmamasında, tədbirin elan edilmiş gündəlik və mövzuya uyğun olmamasında ittiham ediblər. Eyni zamanda, erməni natiqlərin çıxışlarına qarşı arqumentlər irəli sürülüb.