12:12 | 24 fevral 2019 | Bazar
Məqaləyə 2250 dəfə baxılıb
Şriftin ölçüsü
Nikah üçün yaş həddi …
Özbəkistanda yaxın qohumlar arasında nikah qadağan olunacaq
Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər. Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.
Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.
Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.
Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.