«Yığmada irqçilik var»
«Şüşədən hasar çəkilib»
İngiltərə millisinin sabiq üzvü Sol Kempbell İngiltərədəki irqçiliklə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, 2011-ci ildə karyerasını bitirən mərkəz müdafiəçisi yığmada qaradərili futbolçuların kapitanlığa layiq görülmədiyini qeyd edib:
«Əgər ağ dərili olsaydım, 10 ildən artıq milli komandanın kapitanı olardım. Hər şey bu qədər bəsitdi. Federasiyanın ağ dərili olmağımı dilədiyini düşünürəm. Çünki kapitanlıq üçün yetərli performansa və xarakterə sahib idim. Bu vəziyyətin dəyişəcəyinə inanmıram. Çünki nə federasiya, nə də azarkeşlər dəyişməsini istəyir. 18-21 yaşlı yığmalarda qara dərili kapitanlar olsa da, əsas millidə belə deyil. Kimsə etiraf etmək istəməsə də, qara futbolçularla milli komanda kapitanlığı arasında şüşədən hasar çəkilib».