31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 104 il ötür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İrəvandan Rusiyaya ittiham
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
-
Azərbaycanda həyat durdu
Bir dəqiqəlik sükut
-
Xocalılı körpəyə göndərdiyim oyuncaq
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
-
Bakıda ümumxalq Xocalı izdihamı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
-
Xocalı həqiqətlərini dünyaya çatdıraq
Qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən soyqırım təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir
-
104 il əvvəl Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə Bakıda və ətraf kəndlərdə, eləcə də daha sonra Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda, Qarabağın azərbaycanlı kəndlərində törətdiyi qırğınlarda minlərlə insan – müsəlman-türklər, habelə digər millətlərdən olanlar (ləzgilər, talışlar və s.) qətlə yetirilmişdi.
1918-ci il qırğınlarının ən qanlısı martın 31-də Bakıda yaşanmışdı. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin bir hissəsini xarabalığa çevirmişdilər...
Prezident Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu acı hadisələrə və ümumilikdə XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davam etməsi təhlil olunub. Fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.