Azərbaycan Tel-Əvivdə səfirlik açır?!
İsrail prezidenti: “... Yeni əlamətdar hadisənin şahidi olacağıq”
Azərbaycan İsraildə səfirlik açır. Bu, tarixi hadisənin anonsu ilk dəfə İsrail Prezidenti səviyyəsində elan edilir. İsrail Prezidenti İshaq Hersoqun İlham Əliyevə məktubundan: “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq.
Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.
Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.