vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
20:24 | 15 aprel 2022 | Cümə Məqaləyə 850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“sPUT(İ)Nik” – propoqanda maşını

İşğal müharibəsindən sonra doğulan agentlik qurtuluş savaşından sonra ölməlidir

Elgün MƏNSİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

  • “Sputnik”, idi... domoy

    Azərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır

“Sputnik” agentliyi Ukraynada müharibə başlayar-başlamaz Rusiyanın dezinformasiya və ya propoqanda maşınına çevrilib. Əslində, bu, heç də təsadüfi deyil. Çünki agentlik özü elə 2014-cü ildə, Ukrayna krizindən, Krımın işğalından sonra Qərb mediasına qarşı “Soyuq Savaş” dönəminin təbliğat maşını kimi yaradılıb və dünyada yayılması təmin edilib. Təbii ki, “Sputnik” hər zaman bu iddiaları rədd edir və özünün “deyilməyənləri deyirik” şüarını müdafiə edir.

Bu agentliyin yaradılması ilə “Rusiyanın Səsi” radiosunun yayımları “Sputnik”ə dövr olunub, “RIA Novosti” xəbər agentliyi də xarici dillərdəki yayımlarına son verib. Beləliklə, “Sputnik” agentliyi Rusiyanın əsas təbliğat maşını olaraq beynəlxalq aləmə sırınıb.

Təsadüfi deyil ki, hazırda “Sputnik”in Asiya, Avropa və Qafqazdan tutmuş, Cənubi Amerikaya qədər - 34 ölkədə, 130 şəhərdə ofisləri var. Hər biri də yerləşdiyi ölkənin öz dilində yayımlanır. Maraqlıdır ki, bu ölkələrin bir çoxunda “Sputnik”in qara propoqandası ilə bağlı illərdir ki, xeyli söz-söhbətlər dolaşır, hətta bəzi hallarda fəaliyyəti dayandırılır. Uzağa getməyək, qardaş Türkiyədə 2014-cü ildən fəaliyyət göstərən “Sputnik Türkiye”nin əsl siması elə həmin ilin noyabrında göründü. Belə ki, noyabrın 24-də Rusiya Hava Qüvvələrinə aid SU-24 tipli qırıcının vurulmasından sonra agentlik “tərəfli” olduğu iddia edilən yayımları ilə gündəmə gəldi.

Daha sonra 2016-cı ilin aprelində “Sputnik Türkiye”nin saytına Türkiyədən giriş əngəlləndi. Ortada şübhəli məqamlar və faktlar vardı. Rusiya tərəfi bunu media azadlığına qarşı böyük hücum kimi qiymətləndirsə də, sayta qoyulan qadağa 8 avqust 2016-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən bir gün öncə ortadan qaldırıldı.

Təbii ki, agentlik bundan da dərs çıxarmadı. 29 fevral 2020-ci il tarixdə Ankarada yerləşən “Sputnik Türkiye” ofisinin əməkdaşlarının evlərinə hücum oldu. Təxribat xarakterli bir xəbərə görə işçilər saxlanıldı. Həmin gün agentliyin rəhbəri Mahir Boztəpə də polis tərəfindən saxlanıldı.

Azərbaycanda da “Sputnik”in fəaliyyəti heç də xoşhal deyil. Onun 2020-ci ilin Vətən müharibəsi dövründəki fəaliyyətini xatırlatmaq kifayətdir. “Sputnik Armenia”dan isə ümumiyyətlə danışmağa dəyməz. Bu sayt özünü birbaşa Ermənistan kimi aparır. Çünki, bu agentliyin başında duran şəxsin özü – Simonyan məhz ermənidir.

Beləliklə, bu gün dünyanın dörd bir tərəfində Rusiyanın xüsusi maraqlarından çıxış edən bu agentliyin media adına şəffaf, qərəzli, və tərəfsiz çıxış etməsi böyük bir şübhə altındadır.  

Odur ki, 2014-cü ildə Krımın ilhaqı ilə nəticələnən savaşdan sonra doğulan “Sputnik” elə Ukraynadakı müharibədə də “ölməlidir”!