Litva hökumətinə müraciət edildi
Azay Quliyev: “Münaqişələr regional inteqrasiya və əməkdaşlığa keçilməz sədd yaradır”
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
Vilnüs şəhərində Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Litva hökumətinə müraciət edib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Quliyev Avropa Birliyinə rəhbərlik etdiyi müddətdə Azərbaycanın ərazi bütövlüyünü və milli maraqlarını özündə əks etdirən Assosiasiya Sazişinin tezliklə imzalanması üçün bütün imkanların səfərbər olunmasını istəyib. Avropa Birliyi və Azərbaycan arasında imzalanması nəzərdə tutulan Assosiasiya Sazişinə toxunan millət vəkili bütün tanınmış beynəlxalq təşkilatların və Avropa Birliyi ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Avropa Birliyinin bu faktı sazişdə qeyd etmək istəməməsinin qəbuledilməz olduğunu xüsusi vurğulayıb. Azay Quliyev məhz bu amilin Avropa Birliyi və Azərbaycan arasında Assosiasiya Sazişinin imzalanmasına mane olan ən başlıca amil olduğunu bildirib.A. Quliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Moldova və Gürcüstanda olan münaqişələr Avropa ölkələrinin enerji təhlükəsizliyini və Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təhlükə altında qoyur: “Avropa Birliyi bu münaqişələrin həll olunması üçün səylərini artırmalıdır. Mövcud münaqişələr regional inteqrasiya və əməkdaşlıq üçün keçilməz sədd yaradır”.
Xatırladaq ki, Litva bu ilin iyul ayının 1-dən etibarən ilk dəfə olaraq Avropa Birliyinə sədrlik edəcək.