vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNEY  
10:43 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyasi mühaciri yoxa çıxıb

Ankarada yaşayan Muradinin ETTALAT tərəfindən oğurlandığı güman edilir

CAVİDAN

Türkiyə mediasının verdiyi məlumata görə, 9 ildir Türkiyədə yaşayan siyasi qaçqın və media fəalı Məhəmmədbaqir Muradi İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən oğurlanıb.

“Deyli sabah” qəzetinin qaçqının ailəsinə istinadən yaydığı xəbərə görə, mayın 30-da Ankarada evdən çörək almaq üçün çıxan Məhəmmədbaqir Muradi bir daha qayıtmayıb. Həmin saatdan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Atası Möhsün Muradi mediaya verdiyi açıqlamada oğlunun ETTELAAT-ın izlədiyi şəxslər sırasında olduğunu bildirib.

“Hüriyyət” qəzeti də məsələ ilə bağlı yaydığı məlumatda Məhəmmədbaqir Muradinin İran tərəfindən oğurlandığını və onun ailəsinin bu barədə məhkəməyə baş vurduqlarını qeyd edib.

Qeyd edək ki, bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı şəxs və qrupların Türkiyədə çox sayda müxalif qaçqının oğurlanaraq İrana aparılması və ya öldürülməsi barədə məlumatlar yayılıb.

Son vaxtlar Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran kəşfiyyatına bağlı 16 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirib.

Onlar müxtəlif sahələrdə İran xeyrinə casusluq etməklə yanaşı Türkiyədə yaşayan iranlı qaçqınların oğurlanaraq gizli yollarla İrana aparılmalarında, habelə Türkiyədə yaşayan İran hökumətinə müxalif olan şəxslərin öldürülmsində ittiham olunurlar.