Xoş gəldin, Paşam!
Əslən azərbaycanlı olan general Vəli Kiçik azadlıqda!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Türkiyənin kürd yox, erməni problemi var»
General Vəli Kiçik: «Azərbaycana gedib lazımi işləri görəcəyəm»
-
«Güney Azərbaycanın dövlət qurması üçün dəstək istədilər»
«Hakimə dedim yasaq qoysan da, burdan Qarabağa gedəcəm»
-
AKP-yə qan udduran prokuror qovuldu
17 dekabr həbslərinə sanksiya verən, vaxtilə Ərdoğanın sevimlisi olan Zəkəriyyə Öz işdən atıldı
-
Dünən məhkəməyə etirazı rədd edilən əslən azərbaycanlı olan təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçik azadlığa buraxılıb.
Bu gün məhkəmənin qərarı ilə Vəli Kiçiklə Paşa ilə bərabər «Ergenekon» işi ilə bağlı həbs edilən digər məhbuslar - Fuat Səlvi, Sərdar Öztürk, Ləvənt Ərsöz də azadlığa buraxılıb.
ANS PRESS-in məlumatına görə, ötən gün Vəli Kiçik azadlığa buraxılmadığı üçün məhkəməyə etiraz etsə də, etirazı rədd edilmişdi.
Qeyd edək ki, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki «Ergenekon» iddiası ilə həbs etdi.