vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNEY  
14:28 | 16 iyul 2022 | Şənbə Məqaləyə 740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100-dən çox fəala xəbərdarlıq

Təhlükəsizlik idarəsi güneyli aktivistləri təhdid edib

CAVİDAN

İyulun 16-da İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin milli-mədəni fəallarına zəng ediblər.

Məmurlar fəalları təhdid edib və onlardan təhlükəsizlik polisi idarələrinə getmələrini istəyiblər.

Onlar 100-dən çox fəalla telefon əlaqəsi saxlayıb, onlara Urmu gölünün qurudulmasına qarşı bu gün yerli vaxtla axşam saat 18:00-a təyin olunan aksiyalara qatılmamaları barədə xəbərdarlıq ediblər.

Məmurların zəng edərək təhdid etdiyi fəallar arasında Mikayıl Qulipur, Huşəng Nəğizadə, Əta Kərimi, Əmir İbrahimlu, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari və başqaları var.

Fəalların rəsmi çağırış vərəqəsi tələbinə cavab olaraq ETTELAAT məmurları onlara qarşı cinayət işinin açılacağını bildirib və həbs olunacaqlarını deyiblər.

Bununla yanaşı başqa şəhərlərdə, o cümlədən Təbrizdə də fəallara zəng edilib və onların aksiyaya qatılmamaları barədə xəbərdarlıq olunub.

Fəallar bu gün güneyli idmançı Kərim İsmayılzadəyə zəng olunduğunu bildirirlər.