«Bizlərə qarşı 6 dəhşətli qətliam törədilib»
Əli Həsənov «TRT Avaz»da erməni vəhşiliklərindən danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
Azərbaycan «TRT World»lə dünyaya açılır
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «31 mart Azərbaycanlıların soyqırımı günü» ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərə gedib.
AzNews.az-ın məlumatına görə, Əli
Həsənov Türkiyədə səfəri çərçivəsində TRT Avaz-aaçıqlama verib. O bildirib ki,
hər il martın 31-i ermənilərin son 200 il ərzində türklərə və əsasən də
Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımının simvolik günü
olaraq qeyd olunur: «Çünki 31 mart 1918-ci ildə ermənilər ən çox qətliam həyata
keçirdikləri tarixdir. Onlar həmin gün Bakıda və Azərbaycanın ayrı-ayrı
bölgələrində insanları sadəcə olaraq türk və müsəlman olduqlarına görə qətlə
yetiriblər. Martın 31-də isə həmin hadisələrin ən qanlı və dəhşətlisi olub.
Həmin hadisələr zamanı minlərlə insan qətlə yetirilib, Bakının ən gözəl, tarixi
əhəmiyyət kəsb edən tikililəri yandırılıb».
Ə. Həsənov deyib ki, həmin vaxt türk
ordusu azərbaycanlı soydaşlarının yardımına gəlib və qanlı döyüşlərdən sonra
Bakı azad edilib: «Ulu öndər Heydər Əliyev isə bununla bağlı xüsusi fərman
imzalayıb. Bu fərman əsasında da hər il martın 31-i dünyada Azərbaycan
türklərinə qarşı ermənilərin soyqırımının ümumiləşdirilmiş simvolu kimi qeyd
olunmağa başladı. Bu tarixdə Azərbaycana bağlı insanlar səfərbər edilərək,
dünyanın hər yerində tədbirlər keçirir, təbliğat işləri aparırlar. Artıq
müəyyən nəticələr də mövcuddur. Dünyanın 4 ölkəsi Xocalı qətliamını soyqırım
kimi tanıyıb».
O qeyd edib ki, 1918-ci ilin martın
31-də ermənilər tərəfindən törədilən bu qətliam, azərbaycanlılara qarşı edilən
6 ən dəhşətli soyqırım aktlarından biridir: «Biz bu hadisələri yad etməklə
ermənilərdən qisas almaq haqda düşünmürük. Məqsədimiz odur ki, dünya bu
tarixləri unutmasın və bunu törədənləri tanısın. Həmçinin, erməni xalqı onun
üzərindən insanlığa qarşı belə cinayətlərin törədilməsinə imkan verməsin, o
cümlədən bu haqsızlıq yerdə qalmasın, buna qarşı bəşəriyyət öz münasibətini
bildirsin».
Ə. Həsənov səfəri zamanı TRT baş direktoru İbrahim Şahinlə də görüşüb.