Kremlin ilginc planı ...
Moskva Soçi görüşündə Bakıdan nə istəyəcək?
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
“Rusiya Cənubi Qafqazda xaosun tərəfdarı olub, Qarabağla bağlı Sovet xəttinə üstünlük verib və Rusiyanın iştirakına üstünlük verəcək regional gərginliyi qızışdırmağa çalışır”. Bunu amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Rusiya qarşıdakı istər Soçi, istərsə də Brüssel görüşlərini sabotaj etmək və sülh prosesini pozmaq üçün əlindən gələni edəcək:
“Ermənilərin münaqişə ilə bağlı vəsvəsəsi Rusiyanın əlindədir, çünki bu, onlara Ermənistanı hərbi baza kimi nəzarətdə saxlamaq və regionda daimi mövqelərini qorumaq imkanı verir. Rusiya enerji siyasəti ilə Avropanı nəzarətə götürmək və bölmək istədiyi bir vaxtda İran, Türkiyə və Rusiya ilə strateji baxımdan qonşu olan Azərbaycan kimi resurslarla zəngin bir ölkəni bu yolla təhdid edir.
Başqa bir məsələ ondan ibarətdir ki, Putin keçmiş sovet respublikalarını Rusiyaya məxsus miras hesab edir və təsir dairələrini genişləndirmək və bərpa etmək, bəzi hallarda isə bu ölkələrin birbaşa reinteqrasiyasını arzulayır - belə bir tənzimləməni heç kimə iqtisadi və siyasi baxımından sərf etmir.
Ermənistanın və ya Azərbaycanın indiki qovşağında ələ keçirilməsi qeyri-mümkün olsa da, Putin siyasi nəzarət tədbiri həyata keçirməyə və Qərbi mümkün qədər regiondan sıxışdırmağa çalışır. O, Sovet İttifaqı ilə əlaqəsi olan və sovet dövründən qalan anti-Qərb konspirativ düşüncəsi ilə mediaya təsir etməyə çalışan yaşlı nəsillərə müraciət edir.
Kreml rəhbəri Azərbaycanda Qərbə yaxınlaşmanın artmasının Rusiyanın regionda təsirini saxlamasını çətinləşdirəcəyindən və Azərbaycanla gələcək qarşılıqlı faydalı ticarət əlaqələrinə son qoyacağından narahatdır. Azərbaycan regional inteqrasiyaya can atır və Rusiyanın bilavasitə regional məsələlərdə heç bir rolu olmadığını görür. Bu səbəbdən Rusiya qarşıdakı istər Soçi, istərsə də nəzərdə tutulan Brüssel görüşlərini sabotaj etmək və sülh prosesini pozmaq üçün əlindən gələni etməyə davam edəcək.
Belə bir məqamda Qərbdəki erməni diaspor icmaları arasında Rusiyanın təsir kampaniyalarına nəzər salmağa dəyər: Hər ikisinin sülh prosesini pozmaqda eyni məqsədləri paylaşdığına görə, İrəvanı ələ keçirmək üçün birgə koordinasiyalı hərəkətləri görmək və yekunlaşan sülh sazişini mümkün edəcək həyati elementləri bir daha gözləmək təəccüblü deyil. Bu səbəbdən Bakı bu razılaşmanı tez bir zamanda yekunlaşdırmağa çalışır – zaman təbliğatçıların əlində oynayır.
Təəssüf ki, prosesin hər hansı uzadılması Ermənistan xalqının regional inteqrasiyadan, ticarətdən və resurslara çıxışdan faydalanması üçün vaxt itkisidir. Müxtəlif şəxsi maraqlar üzündən partiyaların siyasi manipulyasiyaları fonunda sadə xalq uduzur”. (Milli.az)