10:58 | 5 noyabr 2022 | Şənbə
Məqaləyə 803 dəfə baxılıb
Şriftin ölçüsü
Bakıdan xəbərdarlıq
“Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”
“Bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı bir üçüncü tərəflər tərəfindən destruktiv və təxribat yönümlü addımların atılması tamamilə yolverilməzdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dövləti buna yol verməyəcək: “Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur”.