vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
00:08 | 9 noyabr 2022 | Çərşənbə Məqaləyə 499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayraq – öz yurduma öz hakimliyim!

9 Noyabr Dövlət Bayrağı Günüdür

Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci ilin 28 aprelində Rusiyanın ölkəmizi işğalından sonra Cümhuriyyətin bayrağı bir də Vətən səmasında dalğalanmaq üçün 70 il gözləməli oldu.

1988-ci ildə başlanan xalq hərəkatında üçrəngli bayraq Azadlıq meydanda dalğalanıb. 1990-cı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən tarixi iclasında muxtar respublikanın bayrağı kimi qəbul edilib. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 

1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan olundu.

Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmçinin Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu əlamətdar gün ölkəmizdə qeyri-iş günüdür.

Otuz ilə yaxın idi ki, hər bir soydaşımız üçrəngli bayrağımızın işğal altındakı əzəli torpaqlarımızda, Şuşada dalğalanmasını arzulayır, bunun nisgilini ilə yaşayırdı. Artıq iki ildir bu arzumuz gerçəkləşib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmənin ayağını yurdumuzdan kəsərək əsir torpaqları azadlığına qovuşdurdu. Bununla da ulularımızın müqəddəs əmanəti olan şanlı bayrağımız Qarabağ və Şərqi Zəngəzurda dalğalanmağa başladı. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bayrağı bu ərazilərdə, ata-baba yurdlarımızda əbədi dalğalanacaq.