Əsən islahat küləyi ...
İslahatçılar – yel dəyirmanlarını tikməyi bacaranlardır
Xəqani SƏFƏROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
İslahatlar cəmiyyətdə mövcud sosial strukturun əsaslarını dağıtmadan onun həyati əhəmiyyətli hissəsini dəyişdirmək, yenidən qurmaqdır.
İstənilən islahatın hədəfi dövlətin əsaslarını möhkəmlətmək və yenilməkdir. İslahatlar aparmaq üçün səlahiyyət verilmiş şəxslərin problemə baxışı çox vacibdir.
Yaxşı iqtisadçı, vergi mütəxəssisi, gömrük işçisi və digəri hələ islahatçı məmur demək deyil. İslahatçı məmur prosesə baxışı olan, problemi dərk edən və haradan başlamaq lazım olduğunu müəyyən edən, buna əmin olan, təkliflərini hazırlayan, siyasi iradə nümayiş etdirən, strateji baxışı olan şəxsdir.
Bu adam hamını dəyər verdiyi əla iqtisadçı, gözəl bankir, əvəzolunmaz gömrükçü, və s. məmur OLMAYA da bilər.
Əsas məsələ onun islahat tələb olunun sahəyə baxışı, innovativliyi və strateji məqsədə çatmaq üçün zəruri olan fəhmidir.
Yaxşı iqtisadçı, bankir, vergi mütəxəssisi yalnız onlara tapşırılan işin yüksək səviyyədə görülməsinə və təhvil verilməsinə nail olur.
İslahatçı məmur isə heç kimin görmədiyini görən, “sınıq maşının” pis işləməsinə deyinərək araşdıran yox, o maşını sındırıb yeni xanədən başlayacaq, ona yön verə biləcək şəxsdir.
Qalanları isə bu işdə yalnız prosesin uğurunu təmin edəcək detallardır.
Çin məsəlində olduğu kimi: “İslahatlar küləyi əsirsə onun qarşısını almaq yox, yel dəyirmanları tikmək lazımdır...”
İslahatçılar – bu yel dəyirmanlarını tikməyi bacaranlardır.