vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
17:25 | 14 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krım tatarları sürgün olunur

Bu xəbəri yayan rəsmi sayt qısa müddət sonra bağlanıb

«khazarnews.net»

Aprelin 13-də Rusiyanın «Parlament qəzeti» saytında Federal Miqrasiya Xidməti rəhbərinin qərarı dərc olunub.

«Krım tatarlarının qanunsuz olaraq yerləşdikləri ərazilərdən köçürülməsi» haqqında qərarda bildirilir ki, Krım tatarlarının yarımadada fəaliyyəti Rusiya Federasiyası üçün təhlükədir.     Sənəddə deyilir:   

 

1. «Krım tatarlarının qanunsuz yaşadıqları ərazilərdən köçürülməsi qaydaları haqqında» əsasnamənin təsdiqi

2. Krım tatarlarının Kostroma, Nijniy Novqorod və Rostov vilayətlərinə köçürülməsi üçün maliyyə və nəqliyyat mənbələrinin müəyyən edilməsi

3. Adıçəkilən vilayətlərin rəhbərliklərinə buraya köçürdüləcək Krım tatarlarını yerləşdirmək üçün mənzil fondu yaratmaq və işlə təmin etmək üçün tədbirlər görmələri üçün göstəriş verilməsi

4. Krım tatarlarının köçürülməsi haqqındakı qərarın icrasını nəzarət altında saxlamaq; Qeyd edək ki, «Parlament qəzeti» Federal Konstitusiya qanunları, Federal qanunlar və Federal Məclisin aktlar palatasının rəsmi mətbu orqanıdır.

 

Məhz sənədin yayımlanmasından sonra «Parlament qəzeti» saytı bağlanıb. Məsələnin ciddiləşməsindən sonra sayt rəhbərliyi sənədin hakerlər tərəfindən yerləşdirildiyini bildirib.