«Eloy və morloklar ...»
... yaxud mağmın Qərb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
12.04.14 - ... yaxud mağmın Qərb...
Fikrim Rusiyanın Krımı həyasızcasına ilhaq etməsindən yazmaq deyil. Bu barədə çox yazılıb, yazılır və yazılacaq da. Bununla bağlı fikrim də birmənalıdır - işğal. Heç Rusiya prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə etmək fikrim də yoxdur. Bunu etməyən, deyəsən, qalmayıb. Krımın işğalına haqq qazandırmaq üçün istifadə edilən təbliğat, təşviqat və ən nəhayət, operativ tədbirlərdən də söz açmayacam, çünki onlar yeni deyil - Hitler zamanında və bəlkə ondan da əvvəl sınaqdan çıxarılmışlardır. Mənim diqqətimi cəlb, özümü isə olduqca məyus edən tamam başqa bir məqamdır. Demokratiya atalarının, yəqin ki, həm də analarının valideynlərinin papağını yerə soxmalarıdır. İndicə nə demək istədiyimi izah edəcəm, amma bunun üçün 2008-ci ilə qayıdası olacam.
Rusiyanın, daha doğrusu, Putinin simasında Kreml 2008-in avqustunda, özü də Pekin olimpiadası bitəbitdə, yenə də həyasızcasına Gürcüstana soxularaq Cənubi Osetiya və Abxaziyanı ilhaq edəndən az sonra, daha doğrusu, 10-15 gün sonra Almaniyada beynəlxalq konfransda idim. Həmin tədbirdə dünyanın müxtəlif ölkələrindən olan sanballı jurnalistlərlə yanaşı politoloqlar, QHT nümayəndələri və fəaliyyətdə olan və artıq olmayan dövlət xadimləri də iştirak edirdilər. Təbii ki, Rusiyanın Gürcüstana qoşun yeritməsi rəsmi və qeyri-rəsmi müzakirələrin əsas mövzusuna çevrilmişdi. Müxtəlif fikirlər səsləndirilirdi, amma məni narahat edən bir cəhət bütün bu ağıllı və intellektual söhbətlərin iliyinə işləmiş QORXU idi. Mədəni, dərrakəli, çoxbilmiş, ziyalı, bir sözlə, bütün bu ağyaxalıqlı kəslər təşviş və qorxu içindəydilər. Gəldikləri nəticəysə bu idi ki, bəs biz cırtqoz Saakaşviliyə qahmar çıxmaqla Rusiyanın möhkəm xətrinə dəymişik. O vaxtlar Putin prezident deyil, baş nazir olsa da, Kremlin yüyəni onun əlindəydi. İtaliyada baş nazir kürsüsündə dostu Berluskoni əyləşmişdi, Almaniyanın keçmiş kansleri Şröder «Qazprom»un onun cibindən keçib gedən qazından bihuş vəziyyətdə idi, oğul Corc Buşunsa bir ayağı artıq Ağ Evin kandarından qıraqda, fikri isə Texasdakı rançosundaydı. Pekində elə bircə onu deyə bilmişdi ki, «Putin biz danışdığımızdan da irəli gedib», çünki onun birbaşa jurnalistlərə söylədiyi bu kəlmələr bir daha işıq üzü görmədi. Bizdə məmurlar jurnalistlərin sözünü ağzında qoyursa, dəryanın o tayında məmurlar prezidentə də nəzarət edir – artıq-əskik danışmağa macal vermirlər. Buşsa, öz terminlərilə desək, artıq «topal ördək» idi…
Nəticədə Putinə «gözün üstündə qaşın var» belə deyən olmadı. Buşun yerini tutmuş Obama isə Qorbaçovun çörəyini, yəni «perestroykası»nı əlindən almaq üçün Rusiya ilə münasibətləri «perezaqruzka» etmək xülyasına uydu, başa düşmədi ki, Moskvada nə göz yaşlarına inanırlar, nə də ağızlarını şirin etmək üçün halva-halva deyirlər. Suriyada Putin onun burnunu ovanda belə, ayılmadı. Bircə onu edə bildi ki, dövlət katibi Con Kerri vasitəsilə Rusiyanın baş diplomatı Sergey Lavrova çox iri Amerika kartofu göndərdi. Lavrov da cavabında Kerriyə tezliklə elə o böyüklükdə rus xiyarı göndərəcəyini söylədi. O zaman bu barədə yazanda arzulamışdım ki, Lavrov xiyar dalınca hara gedir-getsin, təki Azərbaycana gəlməsin. Qanımızın arasına Ukrayna girdi. Lavrov biz tərəflərə gəlmədi, Putinsə Kerri və Amerikaya Krım boyda xiyar hədiyyə etdi.
Bütün bunları ona görə uzun-uzadı yazıram ki, Qərb dünyası Krımdan sonra da Kremldəkilərin nə kimi biriləri olduqlarını anlamır. Anlasa da, qorxur. İmkanları olsa, Vladimir Putinə bəraət də qazandırarlar, bəlkə də qazandıracaqlar, çünki arada bir banderaçıların da az aşın suyu olmadıqlarını deyirlər, lap elə Suriyadakı islamçılardan danışdıqları kimi.
Elmi-fantastika janrının əsasını qoymuş yazıçılardan biri olan məşhur ingilis ədibi Herbert Uelsin 1895-ci ildə işıq üzü görmüş «Zaman maşını» romanında gələcəyə səyahətdən danışılır. Bir çox məziyyətləri ilə diqqət çəkən əsərin qəhrəmanı zaman maşınıyla gedib 802701-ci ilə çıxır. Məqsədi bəşəriyyətin çiçəklənməsini görməkdi, amma… gördükləri onu dəhşətə gətirir. Çünki insanlar dəyişib insanlıqdan çıxıblar. Vaxtilə zəngin olub yalnız zehni əməklə məşğul olan intellektual elita fiziki əməkdən uzaq düşdüyünə görə cılızlaşmış və tamamilə fiziki əməklə məşğul olanlardan asılı vəziyyətə düşmüşlər. Amma hər iki insan növü intellekt deyilən bir məfhumdan xəbərsizdir. Eloylar gülərüz, mədəni və xoşbəxt görünürlər, çünki ağıllarıyla bərabər gerçəklik və qorxu hisslərini də itiriblər. Onları yalnız qatı zülmət xoflandırır. Morloklarsa fiziki işlə məşğuldurlar, amma intellektləri olmadığı üçün meymun kimi yalnız vaxtilə insanların yaratdığı işləri təkrar edirlər. Ən əsası isə eloyların onlardan asılı olduğunu instinktiv səviyyədə kəsdirsələr də, yenə də faydasız eloylara xidmət edir və onları ən azından acından qırılmağa qoymurlar. Eloylar yerin üstündə, morloklarsa altında yaşayırlar. Birincilər zülmətdən qorxurlar, ikincilərsə işıqdan. Amma ən dəhşətlisi odur ki, morloklar son zamanlar gecənin qaranlığında yer üzünə qalxıb maymaq eloyları tutur və yeyirlər. Bu artıq insan övladının deqradasiyasının ən yüksək həddidir. İnsanlar insanlıqdan çıxıb biriləri digərlərini yeyirlər. Bu, artıq bəşəriyyətin sonudur.
Ötən əsrlərdə elmi-fantastik əsərlərdə təsvir edilmiş bir çox məqamlar sonradan həqiqətə çevrildi. Jül Vern kapitan Nemo və onun sualtı qayığı Nautilusdan yazdı, insanlar sualtı qayıq icad etdilər, Ayzek Azimov əsərlərində robotlardan yazdı, düz çıxdı, dədə-babalarımız nağıllarda uçan xalçadan danışdı, indi biz təyyarələrdə uçur, kosmosa çıxırıq, Aleksey Tolstoy «Mühəndis Qarinin giperboloidi»ndən söz açdı, artıq lazer şüalarından təbabətdə istifadə olunur. Belə misallar yüzlərlədir. Herbert Uells «Zaman maşını»nı yazanda Eynşteynin nisbilik nəzəriyyəsi hələ ortalıqda yoxdu.
İndi məni qorxudan Qərbin nəhayətdə
zülmətdən qorxan eloylara, Rusiyanınsa işıqdan hürkən morloklara dönə bilməsi
ehtimalıdır. Amma ən dəhşətlisi o ola bilər ki, müasir morloklar günümüzün
eloylarını yem yerinə istifadə edə biləcəklərini anlayanadək, basıb biz
binəvaları yesinlər. (ayna.az)