vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
14:44 | 17 may 2014 | Şənbə Məqaləyə 1332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu bizim ortaq ağrı-acımızdır»

Qənirə Paşayeva maaşını Somaya bağışladı

Sevinc İLTİFATQIZI

«Somaya yardım üçün əmək haqqımın bir hissəsini verdim». AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Qızıl Aypara Cəmiyyətinin Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün «Mərhəmətinizi əsirgəməyin!» adlı yardım kampaniyasından bəhs edərkən deyib.

Deputat eyni zamanda hər kəsi imkanları daxilində Somaya yardım aksiyasına qoşulmağa çağırır:

«Bir az əvvəl qardaş Türkiyədə Somada yaşanan faciədə əziyyət çəkən insanlarımıza dəstək istiqamətində Qızıl Aypara Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdım və Somaya yardım üçün əmək haqqımın bir hissəsini keçirdiyimi bildirdim. Artıq bəzi millət vəkillərimiz, dostlarımız da Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz dəstəyini göstərməyə başlayıblar və inanıram ki, millət vəkillərimizin hamısı Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq. İmkanı olan insanlarımızın da Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına inanır və onları Soma faciəsində əziyyət çəkən insanlarımıza imkanları çatdığı qədər dəstək olmağa çağırıram. Bu bizim ortaq ağrı-acımızdır və cənab Prezident başda olmaqla dövlətimiz və xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz kimi paylaşdığımızı bildirib və Qızıl Ayparanın bu nəcib aksiyası bu istiqamətdə önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin başladığı bu önəmli aksiyaya qoşulaq».

Qeyd edək ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün «Mərhəmətinizi əsirgəməyin!» adlı yardım kampaniyasına başlayıb. Cəmiyyətdən verilən məlumata görə, bu kampaniya daha çox millət vəkillərinin təşəbbüsü ilə başlayıb.