21:26 | 7 iyun 2013 | Cümə
Məqaləyə 2888 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycanın ən güclüləri müəyyənləşir
İdman gimnastikası, akrobatika və tamblinq üzrə ölkə birinciliyi keçirilir
Azərbaycan Gimnastika Federasiyası Bakıda üç idman növü - idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə turnir keçirir.
Trend-in məlumatına görə, üçlü yarışlarda 107 gimnast iştirak edir. Gimnastlar paytaxtın 5 idman cəmiyyətini (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu idman məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), o cümlədən Sumqayıtı təmsi edirlər.Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılışında çıxış edərək Azərbaycanda idmana dövlət tərəfindən göstərilən qayğıdan, o cümlədən ölkənin regionlarında tikilən yeni olimpiya komplekslərindən danışıb.
Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası artıq belə üçlü yarışları təşkil etmək təcrübəsinə malikdir: "İlk belə turnir ötən ilin sonunda keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar arasında müsbət rəy formalaşdırıb".
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda Şakir Şıxəliyev böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Yarışda Ruslan Namazov və Uğur Xəlilbəyli müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Turnirin birinci günü idman gimnastları mübarizə aparıblar, akrobatlar və tamblinqlə məşğul olan idmançıların yarışı isə iki gün davam edəcək.