«Land of fire Azerbaijan» Cənubi Amerikada
«Junior» futbol klubu ilə danışıqlar gedir
Azərbaycanın «Azerbaijan. Land of Fire» reklamı Kolumbiyanın «Junior» klubunun futbol geyimlərində də öz əksini tapa bilər. azerisport.az-a xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndələri iki yerli klubla - «Junior» və «İndependyente Santa-Fe» ilə danışıqlar aparıblar. Qeyd olunur ki, daha inandırıcı variant «Junior»du. Çünki «Junior»un formalarının «Azerbaijan. Land of Fire» reklamını daşıyan İspaniya «Atletiko»sunun idman geyimlərinə oxşarlığı çoxdu. Bu üzdən də sözügedən reklamın məhz bu komandanın formalarında əksini tapması istisna edilmir.
Maraq üçün xatırladaq ki, əvvəllər «Junior» məhz «Atletiko» ilə adaş olub. Belə ki, Kolumbiya təmsilçisi vaxtilə «Atletiko Junior» adlanırmış.