vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
03:37 | 13 iyul 2014 | Bazar Məqaləyə 1711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hollandiya dünya üçüncüsü oldu

Hollandiya tarixində ilk dəfə bürünc medal sahibi oldu

Vaxt.az-ın məlumatına əsasən, 2014 Dünya Çempionatında Hollandiya 3-0 hesabıyla Braziliyaya qalib gəldi və dünya üçüncüsü oldu.

3'          Robin van Persie - pen. (0:1)
17'        Daley Blind - (0:2)
90+1'    Georginio Wijnaldum - (0:3)


Xatırladaq ki, Hollandiya dünya çempionatları tarixində ilk dəfədir bürünc medal qazanır. Bundan əvvəl 3 dəfə finalda məğlub olaraq gümüş medal sahibi olublar.
DÇ-2014-ün ev sahibi olan Braziliya isə son iki oyunda qapılarından 10 qol buraxıblar. Xatırladaq ki, Almaniya Braziliya qarşılaşmasında 7-1  hesablı məğlubiyyət Braziliya tarixində ən böyük hesablı məğlubiyyətdir. Bundan əvvəl Braziliya 1920-ci ildə Uruqvaya 6-0 hesabı ilə məğlub olmuşdur.

Brazilya: Julio Cesar, Maicon, Thiago Silva, David Luiz, Maxwell, Paulinho, Luiz Gustavo,  Ramires, Oscar, Willian, Jo.
Texniki Direktor: Luiz Felipe Scolari


Hollandiya: Jasper Cillessen, Stefan De Vrij, Dirk Kuyt, Ron Vlaar, Bruno Martins İndi, Daley Blind, Georginio Wijnaldum, Clasie,  Wesley Sneijder, Arjen Robben, Robin Van Persie

Texniki Direktor: Louis Van Gaal


Baş hakim: Camel Haymudi (Əlcəzair)