vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
14:38 | 2 avqust 2014 | Şənbə Məqaləyə 1160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Davudoğlu başsağlığı verdi

Türkiyə XİN rəhbəri cəbhədəki şəhidlərimizlə bağlı acılarımıza şərik oldu

MÖVZUYA AİD VİDEO

  • Türkiyəli nazirdən başsağlığı

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttində düşmənin həmləsini dəf edərkən 8 əsgərin şəhid olması ilə əlaqədar Türk xalqı və dövləti adından başsağlığı verib.

Vaxt.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyində İraq Türkmən cəbhəsinin sədri Erşad Salihini qəbul edən Türkiyə xarici siyasət idarəsinin rəhbəri Davudoğlu, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində 8 Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirib.
 
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla telefonla danışdığını bildirən Davudoğlu, Qarabağ münaqişəsinin həll olunmamasının bu cür təxribatlara səbəb olduğunu qeyd edib. Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.
 
“Şəhid olan 8 Azərbaycanlı qardaşımıza görə xalqımız və dövlətimiz adından başsağlığı verirəm. 8 şəhidin kədərini ürəyimizdə hiss edirik”, deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu bildirib.