«Mossad»a bağlı saytdan Azərbaycana qarşı təxribat
Müdafiə Nazirliyi və Prezident Administrasiyası cavab verir
Fərhad MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
Avqustun 23-də İran səmasında, Natanz nüvə mərkəzi üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarə ilə daha bir sensasion məlumat yayılıb. Virtualaz.org xəbər verir ki, təyyarənin Azərbaycanda qalxdığı barədə iddiaları neçə gündür dövriyyəyə buraxan İsrail və Qərb dairələri bu gün daha da irəli gedərək «konkret detallar» təqdim ediblər.
İsrailin kəşfiyyat xidməti «Mossad»a yaxınlığı ilə bilinən «Debkafile» saytı xəbər verir ki, İranda vurulan təyyarə həqiqətən «Hermes 450»dir və Azərbaycanın Naxçıvan bölgəsində yerləşən aviabazadan qalxıb. Sayt məlumatı İsrail hərbi qaynaqlarından və İrandakı mənbələrdən əldə etdiyini yazır.
Bildirilir ki, İranın aviasiya ekspertlərinin və xüsusi xidmət əməkdaşlarının apardıqları araşdırmalar İnqilab Keşikçiləri Korpusunun komandirlərinin təyyarənin Səudiyyə Ərəbistanından qalxdığını bildirərkən tələsdiklərini müəyyən edib. Sayt Naxçıvanın İran, Türkiyə və Ermənistanla həmsərhəd olduğunu, üç il əvvəl Azərbaycanın İsraildən aldığı «Hermes 450» təyyarəsini Qarabağda kəşfiyyat aparmaq üçün istifadə etdiyini, ancaq təyyarənin vurulduğunu bildirir.
«Debkafile» yazır ki, İsrailin İrandan 1100 kilometrlik hava məsafəsinin olduğunu nəzərə alan israilli hərbi analitiklər İnqilab Keşikçiləri Korpusunun təqdim etdiyi görüntülərdəki təyyarə qalıqlarının «Hermes 450»yə aid olmadığını, həmçinin onun İsrailə məxsus olmadığını deməklə səhvə yol veriblər. Analitiklər hesab edirlər ki, İsrailin çoxsaylı casus peykləri şəbəkəsinə malik olduğu bir vaxtda məxfi informasiya sistemləri ilə təchiz olunmuş təyyarəni İranın hava sahəsinə göndərməyə ehtiyacı yox idi.
«Lakin bu iradlar heç bir tənqidə davam gətirmir. «Debka»nın hərbi qaynaqları bildirir ki, «Hermes 450» təchiz olunduğu foto və videokameralar sayəsində yüksək keyfiyyətlə rəngli təsvirlər çəkə bilir. Təyyarənin kameraları istənilən hava şəraitində işləməyə imkan verir.
İranın müdafiə naziri Hüseyn Dehqan təyyarənin haradan qalxdığını göstərmədən deyib ki, onun ölkəsi fələstinlilərə silah göndərməklə bunun qisasını alacaq. Bizim mənbələrimizin bildirdiyinə görə Tehranın bu qarışıq reaksiyası hər bir neçə həftədən bir Naxçıvandan qalxan pilotsuz kəşfiyyat təyyarələrinin İranın nüvə obyektləri üzərində uçuşlar keçirməsi qarşısında çarəsizliyi ilə bağlıdır. Pilotsuz kəşfiyyat təyyarələri radiasiya səviyyəsini ölçərək İranda uranın zənginləşdirilməsi proqramına dair dəqiq məlumatlar toplayır» deyə sayt yazır.
«Debka» bildirir ki, İran iki ildir bu pilotsuz təyyarələri vurmağa, yaxud elektron vasitələrlə endirməyə çalışırdı, ancaq uğur əldə edə bilmirdi. Bu həftə baş verən insident isə istisnadır. İran təyyarəni yer-hava raketi ilə vurub. Sayt qeyd edir ki, İran təyyarənin stels texnologiyasına malik olduğunu deməklə bu uğursuzluğunu ört-basdır etməyə çalışırdı. «Əslində isə təyyarə stels texnologiyasına malik deyil və Naxçıvandan qalxandan sonra İranın hava məkanında 300 kilometr irəliləyib, yalnız bundan sonra hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb» deyə sayt bildirir.
Göründüyü kimi İsrail çevrələri açıq-aşkar İranı Azərbaycana qarşı qoymaq istəyirlər və bunun hansı məqsəd güddüyünə dair bir çox mülahizələr ola bilər.
Bu arada İran bəyan edib ki, pilotsuz kəşfiyyat təyyarəsinin ölkənin hava məkanına soxulmasına görə İsrailə hərbi yolla cavab veriləcək. «Fars» agentliyinin məlumatına görə İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı Hüseyn Salami avqustun 26-də Tehranda «Bəsic» şəhidlərini anma mərasimində çıxışı zamanı deyib: «Bizim bu təcavüzə cavabımız diplomatik olmayacaq, biz düşmənin cavabını döyüş meydanında verəcəyik, ancaq bu haqda əvvəlcədən elan etməyəcəyik».
General Salami öz bəyanatında bildirib ki, pilotsuz təyyarə yəhudi dövlətinin ərazisindən yox, İsrailə qonşu olan ölkələrdən birindən havaya qalxıb. Lakin onun sözlərinə görə, təyyarənin İsrailə məxsus olmasına heç bir şübhə yoxdur. İran təyyarənin Azərbaycandan qalxdığına dair İsrail və Qərb dairələrinin ortaya atdığı iddialara hələ münasibət bildirməyib.
Azərbaycan Müdafiə Nazirliyi isə iddiaları qəti şəkildə təkzib edir. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı virtualaz.org saytına açıqlamasında bəyan edib ki, İsrail istehsallı «Hermes 450» tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatlar təxribat xarakterlidir. Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: «Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk».
Məsələyə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov virtualaz.org-a deyib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır: «İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub. Bu ilin aprelində Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri yüksək səviyyədə keçmiş, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycan üçün dost İran dövlətinin ərazisində xüsusi maraq kəsb edən, axtaracağı heç bir şey yoxdur və bu informasiya növbəti təxribat cəhdindən başqa bir şey deyildir».