vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
11:17 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda «ABŞ qalmaqalı»

«İki nümayəndə heyəti Gürcüstanın imicinə ciddi zərbə vuracaq»

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan XİN-i hesab edir ki, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 69-cu sessiyasında ölkəni yalnız baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etməlidir.

Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir. XİN Gürcüstan prezidenti Marqvelaşvilinin sessiyaya ayrıca nümayəndə heyəti ilə qatılmaq qərarının düzgün olmadığını bildirib.

Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani vurğulayıb ki, sessiyaya iki nümayəndə heyətinin getməsi «Gürcüstanın imicinə ciddi zərbə vuracaq».

«Belə bir tədbirdə bir ölkənin iki yüksək rəhbər tərəfindən təmsil olunmasına dair tarixdə bir nümunə yoxdur» – deyə, Zalkaliani əlavə edib.

BMT Baş Assambleyasının 69-cu sessiyası 21-30 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. Hazırda Gürcüstan XİN-i prezident və baş nazir arasında yarana bu qalmaqalı aradan qaldırmağa çalışır.