
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Moskva nə üçün Tehran əleyhinə “snapbake”ə qarşı çıxır?
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İran və Avropa arasında “snapback” krizi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
Birləşmiş Millətlər Təşkilatının ekspertləri dünən (sentyabrın 2-də) bildiriblər ki, İran bu il 15-i qadın olmaqla 400-dən çox adamı edam edib və avqust ayında edamların sayının artması ilə bağlı narahatlığını bildirib.
Müstəqil ekspertlər mənbəyi göstərmədən “France-Presse” agentliyinə iyulda bildirilən 45, avqustda isə təxminən 2 dəfə çox – ən azı 81 nəfərin edam edildiyini açıqlayıblar.
Altı xüsusi məruzəçi və Birləşmiş Millətlər Təşkilatının Qızlara və Qadınlara qarşı ayrı-seçkilik üzrə İşçi Qrupunun beş üzvündən ibarət ekspertlər qrupu 15-i qadın olmaqla, 400-dən çox şəxs barədə ölüm hökmünün icra edildiyini bildirib.
BMT-nin İnsan Haqları Şurası tərəfindən təyin edilmiş, lakin təşkilat adından çıxış etməyən ekspertlər “edamların sayındakı bu əhəmiyyətli artımdan dərin narahat olduqlarını” bildiriblər.
Açıqlamada İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın “ölüm cəzasının tətbiqini ən çox ağır cinayətlər – yəni qəsdən adam öldürmə ilə məhdudlaşdırdığını xatırladaraq, ötən ay narkotiklə əlaqəli cinayətlərə görə 41 edamın həyata keçirildiyi vurğulayıb.
Ekspertlər qeyd ediblər ki, “narkotiklə bağlı qanun pozuntusuna görə həyata keçirilən edamlar beynəlxalq standartları pozur”.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı uzunmüddətli perspektivdə edam cəzasını ləğv etmək üçün İranı dəfələrlə bu hökmləri dayandırmağa çağırıb.
İnsan haqları fəalları İranı 22 yaşlı gənc qadın Məhsa Əmininin 2022-ci ilin sentyabrında geyim koduna riayət etmədiyinə görə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölümü ilə başlayan etiraz hərəkatı qarşısında ölüm hökmündən qorxutmaq vasitəsi kimi istifadə etməkdə ittiham edirlər.