11:21 | 7 noyabr 2014 | Cümə
Məqaləyə 1275 dəfə baxılıb
Şriftin ölçüsü
«Qarabağ» özünü çətinə saldı
3 komandanın xalları eynidir
Ağdamın «Qarabağ» komandası dünən UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü oyununu keçirib. F qrupunda yarışan «Qarabağ» Bakıda Ukraynanın «Dnepr» klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə bitib.
Qrupun digər oyununda Fransanın «Sent-Etyenn» komandası evdə İtaliya «İnter»i ilə görüşüb. Bu matçda 1:1 hesabı qeydə alınıb.
4 turdan sonra «İnter» 8 xalla qrup lideridir. Qalan üç komanda - «Qarabağ», «Sent-Etyenn» və «Dnepr» 4 xal toplayıb.
Qrup mərhələsini aşmaq üçün «Qarabağ» minimum 2-ci yeri tutmalıdır.