vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
14:10 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğlu öldürülən ana 25 «Taliban»çını məhv edib

Əfqanıstanda 3 qadın 7 saat müqavimət göstərib

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfqanıstanda qadın öldürülən oğlunun qisasını almaq məqsədilə ən azı 25 «Taliban»çını güllələyib. APA-nın «Khaama Press»ə istinadən xəbərinə görə, qadının polis bölməsində xidmət edən oğlu Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsində anasının gözləri qarşısında öldürülüb.

Bundan sonra ana qızı və gəlini ilə birlikdə nəzarət-buraxılış məntəqəsindəki silahları toplayaraq taliblərlə atışmağa başlayıb. Döyüş 7 saat çəkib. Nəticədə azı 25 yaraqlı öldürülüb, daha 5 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib ki, üç qadının bu qəhrəmanlığı «inqilabın və «Taliban» hərəkatına qarşı ictimaiyyətin dirənişinin simvoluna çevrilib».

«Taliban» hərəkatının nümayəndələri hələlik faktla bağlı açıqlama yaymayıb.