vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KİNO-TEATR  
20:08 | 22 avqust 2024 | Cümə axşamı Məqaləyə 1156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bunların hətta mövcud olması inanılmazdır”

Taliban haqda sənədli filminin rejissoru Əfqanıstanda gördüklərindən danışıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Talibanın hakimiyyətə qayıdışı ilə bağlı hadisələri böyük ekrana gətirən İbrahim Neşat BBC-yə layihəsi ilə bağlı müsahibə verib.

Misirli jurnalist və rejissor Neşat ABŞ ordusunun 2021-ci ilin avqustunda ölkədən çıxarılmasından sonra Əfqanıstana gedərək Taliban hərəkatının yüksəlişi haqqında sənədli film hazırlamışdı.

Uzun zəhmətdən sonra Taliban rəhbərliyindən icazə ala bildiyini deyən rejissor “Hollywoodgate” filminin bir il çəkildiyini deyir.

Adını MKİ-nin Əfqanıstanda tərk etdiyi hərbi bazadan alan film yeni təyin olunmuş Hərbi Hava Qüvvələri komandiri Malavi Mənsur və ABŞ-dan qisas almaq üçün pilot olmaq arzusunda olan gənc Taliban üzvü Muxtarı izləyir.

Amerika ordusu Əfqanıstandan çıxarkən geridə təxminən 7 milyard dollar dəyərində texnika, o cümlədən 73 təyyarə və 100-ə yaxın hərbi maşın qoyub.

Almaniyada yaşayan rejissor ABŞ ordusunun ölkədə qoyub getdiyi hərbi texnikanı görəndə şoka düşdüyünü bildirib: “Bunların hətta mövcud olması inanılmazdır. Bu, həqiqətən Amerika rəsmilərinin cavab verməli olduğu sualdır: Niyə bütün bunları qoyub getdilər?”

ABŞ ordusu hərbi texnikanın yararsız hala düşdüyünə və Taliban tərəfindən istifadə edilə bilməyəcəyinə inandırmışdı. Bununla belə, rejissor bir il ərzində sənədli filmin çəkilişlərini başa çatdırana qədər taliblərin bir çox hərbi maşınları təmir edib istifadə etdiyini deyir və əlavə edir: “Film Talibanın yaraqlılardan hərbi rejimə necə çevrildiyini göstərir”.

Sənədli filmdə 2022-ci ilin avqustunda ABŞ-dan qalan hərbi texnikanın istifadə olunduğu Baqram aviabazasında keçirilən parad da göstərilir. Mərasimə Rusiya, Çin, Pakistan və İran kimi ölkələrdən də diplomatik qonaqlar qatılır.

Neşat qeyd edir ki, Taliban rəsmiləri ondan çəkiliş başa çatdıqdan sonra görüntüləri nəzərdən keçirməsini və kəşfiyyat işçilərinə məlumat verməsini istəyiblər.

Rejissor təhlükədə olduğu üçün Əfqanıstandan Kabil hava limanına gedərək qaçdığını deyir: “Mənim üçün bu, böyük həyəcan siqnalı idi. Ona görə də dərhal Əfqanıstanı tərk etdim. Bu tip rejimlərdən bilirəm ki, siz bu işlərə girdiyiniz anda işlər üzü aşağı gedəcək, heç vaxt yaxşı bir şey olmayacaq”.