
Alyaska zirvəsi
Tramp və Putin arasında barış görüşməsi
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Trampın 175 milyard dollarlıq “Qızıl qübbə”si haqqında ilginc məlumatlar
ABŞ-da məşğulluq məlumatları dayandırıla bilər
Tramp “Goldman Sachs” rəhbərini tənqid etdi
Gömrük gəlirləri artsa da illik kəsir 19 faiz yüksəldi
Tramp Vaşinqtona əsgər yığır
“Cloudflare” rəsmisi “Perplexity” şirkətini Şimali Koreyalı hakerlərə bənzədib
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Tramp: “Putinlə görüşmədən atəşkəsin çıxacağını ümid edirəm”
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
Çikaqoda Demokratik Milli Konvensiya tam sürətlə davam edərkən, Hoqan yeni içkisi Real Amerikan Pivəsini tanıtmaq üçün Ohayo ştatının Medina şəhərində bir tədbirdə idi. Donald Trampın tərəfdarlarından biri tamaşaçılara “Kəmalə Harrisi yerə çırpmalıyammı?” sual edib.
TMZ-nin əldə etdiyi videoda Hoqan məşhur güləş hərəkətlərindən birinə istinad edərək, qızğın tamaşaçılardan soruşub: “İstəyirsinizmi, Kamala Harrisin yerdə yatarkən üzərinə atılıb ayağımla onu vurum...? Kəmalə Harrisi qaldırıb yerə çırpmağımı istəyirsinizmi?” – deyə soruşub.
Hoqan tamaşaçılardan soruşdu: “Kəmalə buqələmundur? O hindlidir?”
Hoqan daha sonra yerli amerikalılarla əlaqəli stereotipik bir ifadədən istifadə edib.
Hoqan davranışına görə spirti günahlandırıb, bəlkə də sərhədi keçdiyini anlayıb.
“Mən bunun üçün bir az qınanacam... Amma bu mən deyildim, pivələr danışırdı”, – Hoqan deyib.
Atası yamaykalı, anası hindistanlı olan Harris həm ilk qaradərili, həm də ilk Asiya əsilli Amerika vitse-prezidentidir.
Mətbuat Hoqanın təmsiliçiləriylə, Harris və Trampın təşviqat qrupları ilə əlaqə saxlasa da, hələ ki, cavab almayıb.
Bu Hoqan ilk dəfə deyil ki, irqçi ifadələrinə görə mübahisənin ortasında qalır. 2015-ci ildə Hoqan dəfələrlə “n” sözündən (ABŞ-da qaradərili insanlara qarşı təhqir kimi istifadə edilən “n” hərfi ilə başlayan söz) istifadə etdiyi səsyazması ortaya çıxdıqdan sonra üç il müddətinə “WWE”dən uzaqlaşdırıldı. Daha sonra qızı Brooke Hoqanı müdafiə etmişdi.
O zaman Hoqan üzr istəmişdi: “8 il əvvəl söhbətdə təhqiramiz ifadələr işlətmişdim. Bu təhqiramiz ifadədən istifadə etmək mənim üçün qəbuledilməz idi, bunun üçün heç bir bəhanə yoxdur və buna görə üzr istəyirəm”.
Hoqanın son şərhləri, keçən ay Respublikaçıların Milli Qurultayındakı çıxışından sonra Trampı dəstəklədiyini bildirib. Hoqan köynəyini cıraraq “Tramp maniası sərbəst qalsın, dostum”, – deyib.
Hoqan prezidentlik kampaniyasının başlamasından bir neçə həftə sonra Harrisin irqi kimliyinə hücum edən yeganə mühafizəkar fiqur deyil. Tramp keçən ay ABŞ-ın vitse-prezidentinin “birtəhər qaraya çevrildiyini” yanlış bir ifadədən istifadə edərkən tənqidlə qarşılaşmışdı.
Çikaqoda qaradərili jurnalistlərlə qızğın sual-cavab sessiyasında o, dedi: “Mən onun qara olduğunu bilmirdim... Birtəhər qara oldu və indi qara kimi tanınmaq istəyir. Yəni mən bilmirəm, hindli, yoxsa qara? Təbii ki, hər ikisinə də hörmət edirəm, amma açıq-aydın o, yox. Çünki o, tamamilə hindistanlı idi və birdən fikrini dəyişib, qaradərili oldu”.
Tez zamanda böyük etirazlara bu açıqlamadan sonra Harrisin prezidentlik kampaniyasının kommunikasiya direktoru Maykl Tayler, “Bugünkü irad, bu kampaniyanın başlanğıcından bəri Trampın MAGA (Make America Great Again – Amerikanı yenidən böyük et) mitinqlərinin əsas xüsusiyyətləri olan xaos və bölünmənin yalnız bir nümunəsidir”, – dedi.
Açıqlamalarına baxmayaraq, Tramp özünün “Abraham Linkolndan sonra qaradərililər üçün ən yaxşı prezident” olduğunu iddia etməyə çalışıb.