

Avropada Meymun çiçəyi virusu xəbərdarlığı
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Asim Mollazadə: «ABŞ üçün Azərbaycanın önəmi tarixi və dəyərləri ilə bağlıdır»
Əfqanıstan administrasiyası Meymun çiçəyi virusunun ölkədə yayılmasının qarşısını almaq üçün beynəlxalq qurumlardan kömək istəyib. Səhiyyə . naziri vəzifəsini icra edən Nur Cəlal Cəlali paytaxt Kabildə Dünya Səhiyyə Təşkilatı (DST), Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Meymun çiçəyi virusunun yayılmasının qarşısının alınması və bu məsələ ilə bağlı aidiyyəti qurumların əlaqələndirilməsi müzakirə olunub. Nazir Cəlali Əfqanıstanda Meymun çiçəyi virusunun yayılmasının qarşısını almaq üçün beynəlxalq qurumlardan onlarla əməkdaşlıq etmələrini istəyib.
Müvafiq qurumlar arasında koordinasiya etmək və sözügedən virusa qarşı tədbirlər görmək üçün birgə komitə də yaradılıb.
Meymun çiçəyi virusu
Meymun çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.