

Hücum əldəqayırma partlayıcılardan istifadə edilməklə həyata keçirilən terrorda 5 nəfər ölüb
Əfqanıstanda Azərbaycanın maliyyə dəstəyi ilə təhsil mərkəzi açılıb
Taliban əfqan məhbusu qarşılığında iki amerikalını azad edib
Taliban hökuməti daxilində qızların təhsili ilə bağlı müzakirələr üzə çıxıb
Əfqanıstan administrasiyası BRİCS sammitinə heyət göndərmək istəyir
Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu
Kişilərə baxması qadağan edilən zərif cinsin nümayəndələrindən Talibana sərt etiraz
Xüsusən də ABŞ-ın çəkilməsindən sonra unudulan ölkə zülmətə girəcəkmi?
Manija Talaş diskvalifikasiya edilsə də əfqan qadınların səsini dünyaya çatdırdı
İran 2 milyon insanı deportasiya edəcək
“Administrasiyasının imicini əməkdaşların təhlükəsizliyindən üstün tutub”
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
Meymun çiçəyi virusuna qarşı...
Taliban haqda sənədli filminin rejissoru Əfqanıstanda gördüklərindən danışıb
Daşqınlar nəticəsində 100-ə yaxın ölü, yüzlərlə yaralı var, milyonlarla insan blokadada qalıb
Xüsusi məruzəçisi Bennetin ölkəyə girişi qadağan edilib
Əfqanıstanda Taliban administrasiyasının məhdudiyyətləri səbəbindən ölkədən qaçan qadınların sayında ciddi artım var. CNN yazır ki, 2021-ci ildə ABŞ-ın geri çəkilməsi ilə ölkəyə nəzarəti ələ keçirən Taliban geri qayıtdıqdan sonra hər il ölkədən qaçan qaçqın qadınların sayı iki dəfədən çox artıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatlarına əsaslanan xəbərdə 2023-cü ildə əfqan qaçqın qadınların sayının 3,1 milyona çatdığı bildirilib. 2021-ci ildə 1,2 milyon olan bu rəqəm 2020-ci ildə 800 min civarında olub. Qeyd olunur ki, bu, son 20 ildə görülən ən yüksək əfqan qaçqın qadın sayıdır.
CNN-ə müsahibə verən Fatimə adlı əfqan qaçqın üç dəfə ölkədən qaçmağa çalışdığını deyir.
15 avqust 2021-ci ildə Taliban ölkəyə nəzarəti ələ keçirərkən Əfqanıstan Milli Ordusunda zabit kimi xidmət etdiyini bildirən 20 yaşlarında olan qadın ilk qaçmağa cəhdini 2022-ci ilin yanvarında etdiyini deyir.
Ölkədən qaçan bir qrupla Əfqanıstandan İrana keçmək istəyərkən iranlı sərhədçilərin onlara atəş açdığını iddia edən Fatimə ölkəsinə qayıtdığını bildirir. Qadın izah edir ki, bir ay sonra bir vasitəçiyə 45 min Əfqanıstan əfqanisi (təxminən 1100 manat) ödəyərək aldığı viza ilə Tehrana uçub.
Tehranda olarkən onu Türkiyəyə apara biləcəklərini söyləyən qaçaqmalçılarla sövdələşdiyini deyən Fatimə bu şəxslər tərəfindən saxlanıldığını iddia edir. O, qaçaqmalçılar tərəfindən döyüldüyünü, daha sonra İran polisi tərəfindən saxlanılaraq Əfqanıstana deportasiya edildiyini bildirir.
Fatimə deyir ki, avtobus Əfqanıstan sərhədində Taliban yaraqlıları tərəfindən saxlanılıb və əsgərlər onu üç gün saxlayıblar. Əfqanıstan Milli Ordusunda oynadığı rola görə dindirildiyini və döyüldüyünü iddia edən qadın ailəsinin onun azadlığa çıxması üçün Talibana 3000 dollar rüşvət verdiyini iddia edib.
Fatimə keçən il etdiyi cəhddə Əfqanıstandan qaçmağı bacardığını və Pakistanın Kvetta şəhərində bir otaq kirayə götürdüyünü bildirir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2021-ci ilin avqust ayından bu yana 189 qadın və qız İran və ya Türkiyəyə qaçmaq istəyərkən itkin düşüb.
Xəbərdə, BMT QAK məlumatlarına görə, Türkiyənin təxminən 120 min əfqan qaçqın və sığınacaq axtaran şəxsə ev sahibliyi etdiyinə diqqət çəkilərək, “Pakistan və Türkiyədəki qaçqınların deportasiya olunmaqdan narahat olduqları” iddia edilir.
Türkiyədə 2009-cu ildən fəaliyyət göstərən Əfqan Qaçqınların Həmrəylik və Yardımlaşma Dərnəyinin (ARSA) qurucusu Zakirə Hikmət beynəlxalq ictimaiyyətin daha təsirli olmasına ehtiyac olduğunu bildirir: “Taliban tərəfindən həyata keçirilən repressiv siyasətlər bir çox qadın və qızları başqa yerlərdə təhlükəsiz həyat və daha yaxşı imkanlar axtarmağa vadar edir”.
Taliban 2022-ci ildə qəbul etdiyi qərarla 11 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan edib.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) açıqladığı rəqəmlərə görə, 2021-ci ildə Talibanın hakimiyyətə gəlişindən bəri Əfqanıstanda ən azı 1,4 milyon qız orta təhsildən məhrum olub.