vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
20:11 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni saytının Qarabağ etirafı

Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olması həqiqətinə 10 dəqiqə dözə bildilər

Ermənistanın «Tert.am» saytı bu gün dərc etdiyi bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf edib.

ANS PRESS-in məlumatına görə, bu gün saat 17 radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə bildirilir ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu bildirilir.

Xəbərdə həm də deyilir ki, iki ədəd hərbi helikopter təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə çalışırlar.

Xəbər 10 dəqiqə saytda qalıb və sonra çıxarılıb. Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta yerləşdirildiyinə inanmırlar. «Tert.am»ın özü də bu barədə heç bir açıqlama vermir.