Azərbaycan, yoxsa Ermənistan?
Amerikanın seçimi və ya onun hədiyyəsindən imtina etmənin mənası yoxdur
«Atlas» Araşdırmalar Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
ABŞ Senatında Azərbaycanın da təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan yeni qanun layihəsi qəbul edilib. Qanun layihəsində ölkə prezidentinə bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulub. Layihədə bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək və bu ölkələrin təhlükəsizliyini təmin edəcək.
ABŞ Senatının prezidentə bir sıra ölkələrə silah göndərməyə yaşıl işıq yandırması Azərbaycanın da xeyirdir. Əlbəttə, bu gün Vaşinqtonun əsas hədəfi Ukraynanı qorumaq və bu ölkəyə hərbi dəstək verməkdir. Ancaq Vaşinqtonun Ukrayna ilə yanaşı Gürcüstan, Moldova və Azərbaycanın Silahlı Qüvvələrinə yardım etməsi ondan xəbər verir ki, Ağ Ev bu ölkələri də Rusiyanın mümkün təsirlərindən qorumaq istəyir.
Rusiyanın ekspansiyasını genişləndirməsi bölgə ölkələri üçün real təhlükədir. Rusiya 2008-ci ildə Gürcüstanla müharibə etdi, Abxaziya və Cənubi Osetiyanın «müstəqilliklərini» tanıdı, bu bölgələrdə silahlı qüvvələrini yerləşdirdi. Rusiya bunun ardınca Krımı işğal etdi və indi Ukraynanı parçalamağa çalışır. Kreml Dnestr bölgəsinə də hərtərəfli dəstək verir.
Beləliklə, Kremlin bölgədəki maraqlarını nəzərə almayan və Rusiyaya qonşu olan istənilən dövləti təhlükə gözləyir.
Azərbaycan üçün Rusiya təhlükəsindən qorunmağın iki yolu var:
Birinci yol Rusiya ilə münasibətlərdə gərginliyə yol verməmək, dostluq münasibətlərini davam etdirməkdir.
İkinci yol ABŞ, NATO və Türkiyə ilə hərbi əməkdaşlıq imkanlarını genişləndirməkdir.
ABŞ Senatının qərarı o demək deyil ki, Vaşinqton yaxın müddətdə Azərbaycana müasir silahlar göndərəcək. Söhbət böyük ehtimalla xidməti müddətini başa vurmuş və Amerika üçün xüsusi əhəmiyyət kəsb etməyən silahların və hərbi texnikanın adı çəkilən ölkələrə, o cümlədən Azərbaycana göndərilməsindən gedir. Məsələn, Ukrayna strateji mənada Amerikaya Azərbaycandan daha yaxın ölkədir. Vaşinqton Ukraynaya görə Kremllə münasibətlərini kəskinləşdirib. ABŞ Ukraynaya NATO-dan kənar müttəfiqlik statusu verib.
Buna baxmayaraq, Ağ Ev Ukraynaya müasir silahlar göndərməyi hələ lazım bilmir, göndərdiyi zirehli maşınlardır ki, onlar da döyüş bölgəsində üstünlük yaradacaq texnika deyil. Ukraynanın uzaq mənzilli raketlərə, pilotsuz təyyarələrə, son modern tanklara ehtiyacı var ki, Ağ Ev bu silahları Ukraynaya göndərməyə tələsmir. Ona görə də əgər Vaşinqton nə vaxtsa Azərbaycana silah verəcəksə, bu da istifadə edilmiş və modern silahlar olmayacaq. Daha müasirini Azərbaycan Rusiya və İsraildən pulla alır. O ki qaldı, zirehli texnikaya həmin texnikanı Azərbaycan özü də istehsal edir, Türkiyə ilə birgə hərbi istehsal sahələrini genişləndirir.
Amerikanın Azərbaycana göndərəcəyi hərbi texnikanın siyasi əhəmiyyəti var.
Birinci əhəmiyyəti odur ki, ABŞ Senatının siyahısında Ermənistanın adı yoxdur. Bu isə o deməkdir ki, erməni lobbisinin böyük təsiri olduğu Konqres belə Ermənistanın Rusiyadan asılılığını etiraf edir. Rəsmi Bakı Vaşinqtonla münasibətlərdə bu faktordan öz xeyrinə istifadə edə bilər.
ABŞ-ın Azərbaycana silah göndərməsinin bir başqa əhəmiyyəti də var. ABŞ ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. Həmsədrlərdən birinin Azərbaycana silah göndərməsi o deməkdir ki, Vaşinqton Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini qəbul edir.
Əlbəttə ABŞ-ın Azərbaycana silah göndərməsi Rusiyannı xoşuna gəlməyəcək. Ancaq Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyindən çəkinməməlidir. Rəsmi Bakı Amerikadan silahı pulla almayacaq. Belə olan halda bu cür hədiyyədən imtina etmənin mənası yoxdur. ABŞ əvvəlki illərdə də Azərbaycana pulsuz olaraq hərbi katerlər və radarlar verib və rəsmi Bakı bundan heç zaman imtina etməyib. Rəsmi Bakı Rusiyanın Ermənistanı silahlandırması siyasətinə qarışmır, kəskin açıqlama vermir. Ona görə Moskvanın da Amerikanın Azərbaycana silah göndərməsinə qarışması məntiqi deyil.
Ermənistan və erməni lobbisi ABŞ-ın Azərbaycana silah göndərməsindən narahat olacaq. Bu faktor da Azərbaycanın xeyrinədir. Çünki, bununla ABŞ-ın Cənubi Qafqaz bölgəsində Gürcüstanla və Azərbaycanla əməkdaşlığa üstünlük verdiyi görsənəcək.
Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ermənistana səfər edərək «erməni soyqırımının» 100 illik tədbirlərinə qatılacaq. Putinin bu addımı Bakının səssiz etirazına səbəb olacaq. Putin İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni həmkarı Serj Sarkisyanla fikir mübadiləsi aparacaq. Fransa prezidenti Fransua Olland da eyni tarixdə İrəvanda olacaq. Ancaq Olland Putindən fərqli olaraq İrəvandan sonra Bakıya gələcək. Bununla Fransa prezidenti Ermənistanla Azərbaycan arasında balansa üstünlük verdiyini göstərmiş olacaq. Putin isə İrəvandan sonra birbaşa Moskvaya qayıdacaq...