vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
STOLÜSTÜ  
12:46 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 3412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şah» sülhə razılaşıb

Məmmədyarovdan ənənəvi nəticə

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən «Tata Steel Chess» superturnirində 11-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız «Şah» ləqəbli Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də ənənəvi nəticəsini qazanıb. Tərəflər 50-ci gedişdə sülhə razılaşıblar.

Qələbəsiz oyunlar seriyasını davam etdirən «Şah» bu nəticə ilə xalını 5.5-ə yüksəldib.

Qeyd edək ki, növbəti turda çinli Vey Yi ilə qarşılaşacaq Məmmədyarov keçirdiyi 11 oyunda 7 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.