20:58 | 30 yanvar 2016 | Şənbə
Məqaləyə 1195 dəfə baxılıb
Şriftin ölçüsü
Gül əməliyyat olundu
Eks-prezident artıq evə buraxılıb
Türkiyənin 11-ci prezidenti Abdulla Gül əməliyyat olunub. Sağ əlindəki barmaqlarda vətər qalınlaşması ilə Acıbadəm xəstəxanasına müraciət edən eks-prezident əməliyyat edilməli olub.
Həkimlərin diaqnozuna görə, Gülün sağ əlinin iki barmağındaki vətərlərdə qalınlaşma meydana gəlib. Əməliyyat edildikdən sonra vəziyyətinin yaxşı olduğunu deyən həkimlər eks-prezidentin evə buraxıldığını bildirib.
Sabiq prezident 2013-cü ildə elə həmin xəstəxanada sağ qulağından əməliyyat olunub. Onun qulağına protez taxılıb.