vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
21:43 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«KTMT perspektivli deyil»

Yeltsinin Putinə buraxdığı çürük miras

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 1992-ci il mayın 15-də Moskvada yeni hərbi təşkilat kimi yaradılıb.

Sovet İttifaqının süqutu və Varşava Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının faktiki olaraq fəaliyyətini dayandırdığı şəraitdə Yeltsin Rusiyası Kremlin keçmiş müttəfiq respublikalarında hərbi nüfuzunu saxlamaq üçün bu formatda yeni təşkilat yaratmışdı. O zaman düşünürdülər ki, KTMT həm də Şərqə doğru sürətlə irəliləyən NATO-ya qarşı durdurucu qüvvə olacaq.

1992-ci ildə Özbəkistan paytaxtı Daşkənddə yaradılan KTMT Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və ev sahibi Özbəkistandan ibarət idi. Kreml hərbi təşkilatın sıralarını genişləndirmək və təşkilata yeni üzvlər cəlb etməyə çalışsa da, ötən 24 illik zaman köhnə üzvlərini itirməklə yadda qaldı.

Məsələn, Özbəkistan 2 dəfə təşkilatdan çıxıb sonradan qayıtsa da, hazırda KTMT-da təmsil olunmur. Təbii ki, Rusiya KTMT-nı NATO-ya rəqib kimi görərək Varşava Müqaviləsi Təşkilatının vərəsəsi hesab edir. Amma realıq bundan ibarətdir ki, 51 ölkənin təmsil olunduğu NATO 6 ölkə ilə təmsil edilən KTMT-dan daha çevrik, qlobal və üstün təşkilatdır. Bu əsnada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının içində də nüfuz savaşı önəm kəsb edir. Aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün ağırlığı Rusiyanın üzərinə düşür. Rəsmi Moskva bu təşkilata üzv olan dövlətlər arasında fikir ayrılığının yaranmasından çəkinir və silah satışında təklif etdiyi imtiyazlarla onları əlində saxlamaq istəyir.

Lakin bu istək həmişə alınmır. Xüsusən Dağlıq Qarabağda baş verən hadisələr bunun ortaya qoydu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından danışarkən ilk növbədə belə bir amil nəzərə alınmalıdır – bu hərbi təşkilat yarandığı gündən bəri heç bir silahlı insidentdə, münaqişədə istifadə olunmayıb.

Faktiki olaraq, KTMT potensialı olmayan, dövrünün hərbi çağırışlarına cavab verməyən oyuncaq qurumdur. Buna sübut olaraq 2010-cu ildə Qırğızıstanda baş verən hadisələri yada salmaq olar. Həmin vaxt Qırğızıstanda etnik özbəklərə qarşı başlayan hücumlar tezliklə kütləvi iğtişaşlara çevrildi. İki mindən artıq insanın ölümünə, 450 min özbəyin qaçqına çevrliməsinə və Daşkəndlə Bişkek arasında müharibə həddinə çatacaq situasiya yarandı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş verənlərə yalnız Baş katib Nikolay Bordyujanın «Biz Mərkəzi Asiya regionunda baş verən etnik gərginlikdən narahatıq» bəyanatını verməklə kifayətləndi. Reallıqda vəziyyətin kardinal olaraq dəyişdirilməsi, bölgədə qan tökülməsinin qarşısını almaq üçün heç bir addım, sülhməramlı qüvvə göndərilməsi gerçəkləşdirilmədi. Sonuncu dəfə isə Dağlıq Qarabağda baş verən hadisələr zamanı Ermənistan tərəfi KTMT-dan narazı qaldı. İşğalçı Ermənistan nəinki hərbi yardım almadığının, hətta hərbi təşkilatın Qazaxıstan və Belarus kimi üzvlərinin ona qarşı olduğunu hiss etdi.

Reallıq Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini özündə cəmləşdirən Azərbaycanın bir tərəfdaş kimi regional autsayder Ermənistanda daha böyük şanslara malik olması ilə bağlı idi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, Avrasiya Birliyi və Gömrük İttifaqında da birlikdə təmsil edilən bu üç ölkə heç bir halda real əməkdaşlığa gedə bilməzlər.

Əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Moskvanın müxtəlif geosiyasi və iqtisadi şantaj arsenalından istifadə edərək zorla arxasınca apardığı fərqli maraqlara malik dövlətlərdən ibarətdir. Azərbaycanla etnik və dini ortaqlıqla yanaşı, iqtisadi maraqları da ortaq olan Qazaxıstan xüsusən bu əsnada önəmli rol oynayır.

Sonda Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT ilə bağlı fikrini yada salmaq lazımdır: «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizim tərəfimizdən hərbi blok kimi görülmür. Bu təhlükəsizlik sahəsində geniş problemləri həll edən beynəlxalq regional təşkilatdır. KTMT hərbi planda perspektivli deyil».