14:51 | 6 sentyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 3928 dəfə baxılıb
Şriftin ölçüsü
Fərid Mansurova yeni vəzifə
Olimpiya çempionu şöbə müdiri oldu
Olimpiya çempionu Fərid Mansurov yeni vəzifəyə təyinat alıb. Modern.az saytı xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.
Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib.
Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.
Fərid Mansurov Afina Yay Olimpiadasında güləş üzrə qızıl medal qazanmışdı. O, hazırda həm də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunu tutur.