«Problemlərimizi özümüz həll edə bilərik»
Vahe Avetyan: «Xocalı abidəsi qarşısında, günahsız insanların qarşısında baş əymişəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Qızımı ermənilərdən xilas edin»
Erməni hüquq müdafiəçisi İlham Əliyevdən kömək istəyir
-
«Hamını satan heç kimə lazım deyil»
Vahe Avetyan: «Ermənistan xüsusi xidmət orqanları Vahan Martirosyanı aradan götürə bilər»
-
Martirosyan bu dəfə Ermənistan tərəfə qaçır...
İrəvanda heç vaxt görmədiyi günləri Bakıda görmüşdü, xeyli ətə-qana gəlmişdi
-
«Ermənilərə Qarabağ lazım deyil»
«Müharibə, «müstəqillik» - bütün bunlar gərəksizdir»
-
Lida Balasanyan da gəldi...
Bakı erməniləri geri qayıdır
-
Ermənilər haray çəkir
Sergey Culakyan: «Qarabağı bu alçaqlardan azad etmək lazımdır!»
-
Culakyan təhdid edilir
İrəvanda Sergey Culakyana və ailəsinə hücumlar başladı
-
«Ermənilər Qarabağdan qaçır»
Sergey Culakyan Bakıya gəlir
-
Bakı deklarasiyası dünyanın diqqətində
İtaliya mətbuatı «Ermənistan-Azərbaycan Sülh Platforması» haqqında
-
«Serjikə ölüm!»
İrəvan məktəblərində Sərkisyan əleyhinə şüarlar
-
Onlar anlayırlar ki, ...
Ermənilərin Bakıya gəlişləri İrəvanın stereotiplərini dağıtdı
-
Noyabrın 8-i Bakıda «Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış» adlı beynəlxalq konfrans keçirilir.
Xəbərə görə, konfrans Milli QHT Forumu və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə yerli QHT rəhbərləri, erməni publisist, yazıçı Vahe Avetyan və təqiblərə məruz qaldığını səbəb göstərərək ailəsi ilə birgə Ermənistandan qaçan Vahan Martirosyan da iştirak edir.
APA-nın xəbərinə görə, konfransda Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir.
Daha sonra beynəlxalq konfrans çərçivəsində «Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə əlverişli zəmin kimi» mövzusunda panel başlayıb.
Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: «Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək».
Vahe Avetyan çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: «Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm. Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsi qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilərlər. Mənim burada uzun illərdir ki, dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim sonuncu səfərim olmayacaq».
Moderator R.Hüseynov Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb: «25 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər».
Bununla da birinci panel başa çatıb.
V.Avetyan artıq konfransa qədər Bakıda Xocalı abidəsini ziyarət edib. İsveçdə yaşayan siyasi mühacir bu il oktyabrın 10-da da Kiyevdən Bakıya səfər etmişdi. Ancaq Bakı aeroportundan geri qaytarmışdı.
Bu şəxs 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsinə görə erməni xalqı adından Azərbaycandan üzr istəyib.
V.Martirosyan isə 2015-ci ilin oktyabrında ailəsi ilə Bakıya gəlmişdi. 2016-cı ilin aprelində üçüncü ölkəyə yola salınıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupda həmsədr ölkələrdir.