«İnkişaf və firavanlıq üçün hər cür səy göstərməlisiniz»
Əli Həsənov: «Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
Azərbaycan «TRT World»lə dünyaya açılır
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
«Əminəm ki, budəfəki forum Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq, bu qurultay Rusiyada yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə şərait yaradacaq və əlbəttə, iki ölkə və iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə xidmət edəcək».
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ilə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ümumrusiya Azərbaycan Konqresinin qurultayında deyib.
Ə. Həsənov qeyd edib ki, mövcud olduğu illər ərzində ÜAK nüfuzlu ictimai təşkilata çevrilib, milli bənzərsizliyin qorunub saxlanması, bizim multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük iş aparır.
Prezidentin köməkçisi Azərbaycan-Rusiya münasibətlərinə toxunub, bu münasibətlərin zamanın sınağından çıxdığını deyib: «Bu münasibətlər həmişə qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və mehriban qonşuluq xarakteri daşıyıb. Müasir mərhələyə gəldikdə, qeyd etməliyəm ki, bizim əlaqələrimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Ümumrusiya Azərbaycanlılar Konqresi və Azərbaycanın Rus İcması bu işə öz töhfəsini verir. Yeri gəlmişkən, Cənubi Qafqazda ən böyük rus diasporu bizim ölkədə yaşayır, onun nümayəndələri dövlətimizin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Əminəm ki, ÜAK bundan sonra da ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığa kömək edəcək».
Ə.Həsənov Azərbaycan diasporu nümayəndələrinin milli kimliyi və mənəvi dəyərləri qoruyub saxlamaqla Rusiya cəmiyyətinə inteqrasiya etməsinin məmnunluq doğurduğunu bildirib: «Xalqımızın nümayəndələri Rusiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Onlar elmin və mədəniyyətin, iqtisadiyyatın və səhiyyənin inkişafına sanballı töhfə verirlər. Sevindirici haldır ki, onların çoxu öz peşəkar fəaliyyətində qazandıqları nailiyyətlərə və ya Rusiya dövləti qarşısında xidmətlərinə görə təltiflərə layiq görülüb, mühüm vəzifələr tutur, böyük hörmət və nüfuz sahibidir. Başqa sözlər desək, bu insanlar həm onlar üçün ikinci vətən olmuş ölkənin firavanlaşmasında, həm də bizim xalqımızın müsbət imicinin formalaşmasında maraqlı olan, Azərbaycanı ləyaqətlə təmsil edən əsl quruculardır. Əslində yerli sakinlərin nəzərində bizim ölkənin obrazı həmvətənlərimizin necə yaşamasından və işləməsindən, onların Rusiya adətlərinə, Rusiya mədəniyyətinə və əhalisinə necə münasibət bəsləmələrindən asılı olaraq formalaşır. Bizim xalqın nümayəndələri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməli, dövlətə və ölkə vətəndaşlarına hörmət göstərməli, Rusiyanın tarixinə və ənənələrinə qayğı ilə yanaşmalı, Rusiyanın müsbət obrazının formalaşmasına kömək etməlidirlər. Bir sözlə, sizi ürəkdən qəbul etmiş ölkənin gələcək inkişafı və firavanlığı üçün hər cür səy göstərməlisiniz. Rusiyanın uğuru sizin nailiyyətiniz, sizin fəxrinizdir. Axı siz məhz sizin üçün Vətən olmuş bu ölkədə elmi və peşəkar fəaliyyətdə, biznes və istehsal sahəsində yüksək nəticələrə nail olmusunuz. Eyni zamanda, Ümummilli Liderin dediyi kimi, azərbaycanlı adi vətəndaş deyil, elə vətəndaş olmalıdır ki, onun simasında Azərbaycan yüksəlsin, ölkəmizin bayrağı ucalsın. Siz həmin mühüm və möhkəm körpüsünüz ki, bundan sonra da iki qardaş xalq və ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə şərait yaratmalıdır».
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında bildirib ki, qurultay Ümumrusiya Azərbaycan Konqresinin ötən illər ərzində fəaliyyətinə qiymət verəcək, eləcə də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. N. İbrahimov qeyd edib ki, Diasporla İş Komitəsi Heydər Əliyevin siyasətini davam etdirir, prezident İlham Əliyevin siyasətini həyata keçirir: «Bu siyasətin əsası ondan ibarətdir ki, harada yaşamasından və işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlı öz ölkəsində dəyərləndirilir. Diaspor üzvləri Azərbaycanı dünyada tanıtmaq , Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün çox iş görürlər. Dövlət komitəsinin başlıca vəzifəsi isə dövlətlərin daxili işlərinə qarışmadan, diaspor təşkilatlarının fəaliyyətinə dəstək olmaqdır».
Komitə rəhbəri ÜAK-ın yeni seçiləcək heyəti ilə sıx əməkdaşlıq edəcəklərini də vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılarla iş sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Fondun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin işini xüsusi vurğulayıb.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev hesabat məruzəsi ilə çıxış edib, gündəlikdə olan məsələlər barədə məlumat verib.
Qurultay davam edir.