vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
10:19 | 3 fevral 2017 | Cümə Məqaləyə 1920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Trampın münaqişə haqda məlumatı yoxdur»

De Val: «Cənubi Qafqazda və Şərqi Avropada zəif fəaliyyət göstərəcəyi gözlənilir, amma»

Yunis ABDULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Karnegi Avropa» araşdırmalar mərkəzinin Şərqi Avropa və Qafqaz regionu üzrə elmi işçisi Tomas De Val (Thomas de Waal) «Eurasia Diary»yə özəl müsahibə verib. O, ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Şərqi Avropaya dair xarici siyasəti barədə sualları cavablandırıb.

Qeyd edək ki, əvvəllər BBC-də və Sülh və Müharibə İnstitutunda çalışan De Val, Qafqaz və Qara dəniz regionunda jurnalist kimi də fəaliyyət göstərib.  

 

- Tramp admnistrasiyasının Cənubi Qafqaz və Şərqi Avropa üzrə xarici siyasətini necə görürsünüz?

- Tramp administrasiyasının regionla bağlı xarici siyasətini proqnozlaşdırmaq mümkün deyil. Çünki Trampın özü xarici siyasətdən məlumatsızdır. Bilirik ki, ABŞ dövlət rəhbəri Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətləri qurmağın tərəfdarıdır. Bununla belə, onların Suriyada İŞİD terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq edəcəyi dəqiq məlum deyil.  

Prezident Trampın idarəçiliyi altında ABŞ-ın Cənubi Qafqazda və Şərqi Avropada zəif fəaliyyət göstərəcəyi gözlənilir. Lakin bu zəif fəaliyyət uzun proses olmayacaq. Başlıca səbəbi odur ki, ABŞ-ın regionun hər bir ölkəsində diplomatik, siyasi və iqtisadi maraqları var. ABŞ bu maraqlarından heç vaxt əl çəkməyəcək. 

 

- Sizin fikrinizcə, Cənubi Qafqaz və Şərqi Avropa ilə bağlı olan məsələlərdə Respublikaçılar və Demokratlar hansı fərqli siyasi mövqeyi sərgiliyirlər?

- 2008-ci ildə Respublikaçıların namizədi Con Makkeyn rəqibi, Demokratları təmsil edən Barak Obamanı Rusiya məsələsində yumşaq mövqe göstərməkdə günahlandırırdı. Obama administrasiyasının Gürcüstan və Ukraynanı yaddan çıxaracağı barədə narahatçılıq ortalığa çıxmışdı. Əlbəttə bu baş vermədi. Amma indi bunun əksini görürük. Respublikaçı prezidentin Rusiyaya yaxın olduğu anlaşılır. Yəni, deməyim odur ki, bu, Respublikaçılar və Demokratların məsələsi deyil. Hər iki siyasi partiya Donald Trampın bu mövqeyinə qarşı fərqli münasibət göstərirlər. 

 

- Rusiya və ABŞ liderlərinin Cənubi Qafqazda, eləcə də Ukraynada münaqişələrin  həllində necə əməkdaşlıq edəcəkləri barədə nə düşünürsüz?

- Hər bir münaqişə fərqli görünür. Rusiya post-sovet regionunda, xüsusi ilə, Moldova, Gürcüstan və Ukraynada münaqişələrdə iştirak edir. Rusiya bu regionlardan öz ordusunu çəkərək, bitərəf olmasa, bu münaqişələr həll oluna bilməz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, Rusiya bu münaqişədə fərqli mövqe göstərir. Çünki Rusiya həm Bakı,  həm də Yerevan ilə müsbət əlaqələr qurmağa çalışır. Rusiya bu məsələdə təsirinin itməməsi üçün Fransa və ABŞ ilə geniş əməkdaşlıq etmək niyyətini göstərir. Dağlıq Qarabağ məsələsində əməkdaşlıq davam edəcək, ancaq bu münaqişə ilə bağlı əsas qərarlar Bakıda və Yerevanda razılaşıdırıla bilər. 


- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında rəsmi Bakı və Yerevan Tramp administrasiyasından nə gözləyirlər?

- Bu ölkələrin rəsmiləri Tramp administrasiyasından heç nə gözləmirlər. Çünki, prezident Trampın özünün münaqişə haqqında məlumatı yoxdur. Yalnız regionla bağlı məlumatı olan ABŞ Dövlət katibi Robert Titersonun bu münaqişəyə diqqət göstərəcəyi ümid edilir. Robert Tillersonun regionla bağlı məlumatının olmasının başlıca səbəbi onun neft biznesində uzun müddət fəaliyyət göstərməsidir. 


- Gürcüstan Cənubi Qafqazda ABŞ- ın güclü müttəfiqidir. Tramp administrasiyanın Gürcüstanla bağlı xarici siyasəti necə olacaq?

- Donald Trampın prezident seçilməsi gürcüləri qəzəbləndirib. Gürcülər də, ukraynalılar kimi Hillari Klintonun qələbə çalacağını gözləyirdilər. Gürcülər ümid edirdilər ki, prezident Trampın Gürcüstana səfər edəcək. Çünki, Gürcüstanda Trampa məxsus böyük layihə hazırlanır.


- Ukrayna prezidenti Petro Poroşenko ABŞ və NATO-ya üzv olan digər ölkələrin qoşunlarının Ukraynada təlim keçməsi haqqında sərəncam imzalayıb. Siz hesab edirsinizmi ki, Prezident Poroşenkonun bu hərəkəti Rusiyanı Şərqi Ukraynaya daha çox müdaxilə etməyə sövq edəcək?

- Rusiya qonşu ölkələrə qarşı təcavüzkar siyasət yeritmək üçün NATO-dan bəhanə kimi istifadə edəcək. Rusiyanın Şərqi Ukraynaya hərbi müdaxiləsi yüksək səviyyədə qərarlaşdırılıb və əsl niyyət Kiyev və Qərb rəsmilərinə qarşı təzyiq göstərməkdir. Lakin Moskva diqqətli olmalıdır, hər hansı bir müdaxilə ona qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacaq.