Qanunları pozub, məsuliyyət daşımalıdır
Ekspertlər qeyd edir ki, peşəsindən asılı olmayaraq, heç kimə hər hansı dövlətin suveren sərhədlərini pozmaq icazəsi verilməyib
Şəfa TAPDIQ, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
«Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi, siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır» – Xarici işlər Nazirliyinin A.Lapşinin Azərbaycana ekstradisiyası haqda bəyanatında belə deyilir.
Bildirilir ki, A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan, Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Göründüyü kimi, bloqqerliklə məşğul olduğunu deyən Lapşin Azərbaycan qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib. Ekspertlərin fikrincə, Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Onun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə faktı var.
Millət vəkili Tahir Kərimli «Kaspi»yə açıqlamasında dedi ki, heç kimin peşəsi ona qanunları pozmağa icazə vermir: «İlk olaraq deməliyəm ki, Lapşinin Azərbaycana ekstradisiya edilməsi Belarus hökumətinin bizə etdiyi çox böyük bir jestdir və şəxsən Azərbaycan prezidentinə olan yüksək hörmətin ifadəsidir. Bu məsələ cənab prezidentin şəxsi nüfuzuna görə reallaşdı. Nəticə çox ciddi - həm hüquqi, həm də siyasi cəhətdən presedent sayıla bilər. Gördüyünüz kimi, Belarus hökuməti Ermənistanla münasibətlərin korlanmasını göz ardına aldı. Halbuki onlar bir təşkilatda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bir yerdədirlər. Bu, sırf cənab Lukaşenkonun bizim prezidentə böyük jestini göstərir. Onun haqqında axtarış elan olunmuşdu. Lapşin dövlətimiz əleyhinə yönələn açıq çağırışlar edib, dövlət sərhədlərimizi qanunsuz olaraq pozub. Buna görə də Baş Prokurorluq cinayət işi açıb. O, ermənilərlə əlbir olub. Ermənilər belə adamlardan öz siyasi təbliğatları üçün istifadə edirlər».
Millət vəkili onu da qeyd etdi ki, heç kimin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini pozmağa haqqı yoxdur: «Lapşinin də həmçinin. Onun əməllərində cinayət halları var. Peşəsinin nə olmasından asılı olmayaraq, cinayət törədib. Heç kimə icazə verilmir ki, hər hansı bir dövlətin suveren sərhədlərini pozsun. Heç kimin bu səlahiyyəti yoxdur. Onda istənilən adam başqa ölkəyə oranın qanunlarını pozaraq gedə bilər. Ona görə də nəticəni təqdir edirəm. Nəticə dövlətlərarası münasibətlər, beynəlxalq hüquq və Azərbaycanın milli maraqları baxımından tamamilə bizə uyğundur. Azərbaycan tərəfi Lapşin haqqında qanunda nəzərdə tutulan tədbirləri həyata keçirmək üçün tamamilə haqlıdır. Lapşin digər dövlətlərin də vətəndaşıdır. Onlar Azərbaycana rəsmən etiraz etməyiblər. Bu da yaxşı məqamdır. Həmçinin Lapşinin həqiqətən təqsirkar olduğunu göstərən faktlardandır. Lapşin qanunları pozub və məsuliyyət daşımalıdır».
QHT rəhbəri, hüquqşünas Sahib Məmmədov da Lapşinin Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi üzrə təqsirləndirildiyini qeyd etdi: «Onunla bağlı istintaq aparılması üçün İnterpol xətti ilə Belarusdan Azərbaycana ekstradisiya olunub. Dövlət sərhədini pozmaq, dövlət əleyhinə yönələn açıq çağırışlar etmək maddələri üzrə təqsirləndirilir. Əgər məhkəmədə istintaq araşdırması nəticəsində irəli sürülən ittihamlar üzrə təqsirli bilinsə, onu müvafiq cəza gözləyir. Ümid edirik ki, ədalətli məhkəmə olacaq. Biz insan hüquqları müdafiəçiləri də bu məsələləri diqqətlə izləyəcəyik».